"Barselona"nın ulduzu əməliyyat edildi » Pressing.Az
"Barselona"nın ulduzu əməliyyat edildi
Dünya Futbolu 1-01-2024, 11:00

“Barselona” klubunun müdafiəçisi Markos Alonso sıradan çıxıb.

Pressing.az
xəbər verir ki, ispaniyalı futbolçunun belində ağrılar var. Onun gələn həftə əməliyyat olunacağı bildirilib.

Alonsonun yaşıl meydanlara nə vaxt qayıdacağı əməliyyatdan sonra bəlli olacaq. İspaniya mətbuatı yazıb ki, futbolçunun bərpa prosesi mart ayına qədər davam edə bilər.