"Liverpul"un ulduzu 10-cu pillədə » Pressing.Az
"Liverpul"un ulduzu 10-cu pillədə
Dünya Futbolu 25-12-2023, 09:30

"Liverpul" klubunun misirli hücumçusu Məhəmməd Salah Premyer Liqanın 18-ci turunda "Arsenal"la oyunda (1:1) qol vurub.

Pressing.az
xəbər verir ki, o,İngiltərə çempionatında 151-ci qolunu vuraraq İngiltərə Premyer Liqası tarixində bombardirlər siyahısında 10-cu pilləyə yüksəlib.

Bu göstəriciyə görə o, Maykl Oueni ötüb. Lider 260 qolla Alan Şirerdir.