Portuqaliyadan İtaliyaya
“Roma” klubu “Portu”nun yarımmüdafiəçisi Rodriqo Mora de Karvalyonu transfer edib. İtaliya klubu portuqaliyalı futbolçunun keçidini rəsmən açıqlayıb.
Pressing.az xəbər verir ki, “Roma” bu transfer üçün 25 milyon avro ödəyəcək. Müqavilədə daha 2 milyon avro bonus nəzərdə tutulub.
“Portu” 19 yaşlı futbolçunun hüquqlarının 50 faizini özündə saxlayacaq. Bununla belə, “Roma” əlavə 25 milyon avro ödəməklə Mora de Karvalyonun qalan hüquqlarını da əldə edə bilər.