Xəbər lentiwidget-title-icon

Azərbaycan yığması Yunanıstana qalib gəldi
AFFA APL Fantasy-ni təqdim edib
"Turan Tovuz" Türkiyə klubu ilə üz-üzə
Liqa yarışının 3-cü turunun növbəti mükafatçıları müəyyənləşib - Cüdo
"İnter"də ingiltərəli oyunçu - RƏSMİ
Sərbəst güləşçilərin DÇ-də rəqibləri müəyyənləşib
UWW-dən azərbaycanlı hakimə etimad
Mahirin komandası Konfrans Liqasında mərhələ adladı
"Zirə" - "Payde" oyununun icmalı - VİDEO
İtaliya klubunda yeni hücumçu - RƏSMİ
Murad Məmmədov debüt etdi, komandası mərhələ keçdi
"Qol vura bilməməyimizin səbəbi..." - Qurban Qurbanov
"Neftçi" qalib gəlsə də... - VİDEO
Şuşada heyranlıq, Moskvada sığorta: Aleksey Naumovun səmimiyyət sınağı
"Qarabağ" da dayandı...
"Neftçi" də Avropada qala bilmədi
"Top qapıdan keçmək bilmirdi" - Rəşad Sadıqov
"Payde"nin baş məşqçisi: "Zirə" xeyli qol epizodları yaratdı"
"Zirə" Konfrans Liqası ilə vidalaşdı...
"Dinamo" - "Neftçi" oyunu üçün HEYƏTLƏR
"Zirə" - "Payde" matçı üçün HEYƏTLƏR
"Qarabağ"dan qorxmuruq" - SSKA-nın prezidenti
"Xankəndi"də yeni müdafiəçi - RƏSMİ
Azərbaycan yığması Qazaxıstana qalib gəldi
"Çelsi"dən yeni transfer

Samir Abasov: "Türkiyə millisini yıxan həmişə özündənrazılıq, göylərdə uçmaq olub"

"Dünya çempionatını izləyirəm. Amma əsasən saat 23:00-da keçirilən oyunlara baxıram. Saat fərqinə görə Azərbaycan vaxtı ilə eyni zamanda keçirilməyən matçları izləmək imkanım olmur. İşlər də çoxdur deyə, ümumiyyətlə, əksər oyunlara canlı tamaşa edə bilmirəm".

Bu sözləri Pressing.az-a "Neftçi"nin sabiq baş məşqçisi Samir Abasov DÇ-2026 haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis Cənubi Amerika ölkələrinin oyun üslubunu daha çox bəyəndiyini və mundialda qismən onlara azarkeşlik etdiyini söyləyib:

"Ömür boyu Cənubi Amerika ölkələrinin futboluna simpatiyam olub. Uruqvay, Kolumbiya, Argentina kimi yığmaların oyunlarını izləmək mənə həmişə maraqlı olub. Açığı, dünya çempionatında konkret azarkeşlik etdiyim komanda yoxdur. Hansı oyun maraqlı keçirsə, o matça da sonadək baxıram. Yeri gəlmişkən, Mərakeşin Braziliyaya uduzmayacağını öncədən proqnozlaşdırmışdım. Kanada - Bosniya və Herseqovina oyunu da çox xoşuma gəldi".

Abasov Türkiyə millisinin DÇ-2026-ya məğlubiyyətlə başlamasına da toxunub. O, "Ay-ulduzlular"ın Avstraliya seçməsinə uduzmasını (0:2) bu cür şərh edib:

"Türkiyə yığması haqda danışıramsa, bircə onu deyə bilərəm ki, bu komandanı yıxan həmişə özündənrazılıq olub. Sanki göylərdə uçurlar. Gördünüz də, Avstraliya millisi onları necə yerinə oturtdu. Əslində, bu, gözlənilməz oldu. Heç kimin ağlına gəlməzdi də deyə bilərəm. Çünki çoxu düşünürdü ki, Türkiyənin oyunçuları hara, Avstraliyanınkılar hara. Türklər "Real", "Yuventus" kimi klublarda oynayırlar. Lakin Avstraliya komanda oyununu və necə qalib gəlməyin lazım olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, Türkiyə yığmasına bir siqnal, dərs olacaqmı, ya yox, deyə bilmərəm. Amma görünən o idi ki, bir xeyli dərs aldılar. Açığı, türklərin qrupdan çıxacağına inanmıram. Çünki həm ABŞ, həm də Paraqvayla oyunlar həddindən artıq çətin olacaq. Türkiyəni o cümlədən mundiallar baxımından təcrübəsizlik də yıxdı. Bu cür oyunların təcrübəsizliyi. Onsuz da dünya çempionatı başlamamışdan əvvəl də Türkiyə millisinin haralarasa gedib çıxacağına inanmırdım. Klublar elədir ki, hər il beynəlxalq yarışlarda oynayırlar, amma DÇ belə deyil. Tanımadğın komandalar, fərqli oyun stilləri və mentalitetlə üzləşirsən. Bu da istər-istəməz özünü göstərir. Yenə deyirəm, Türkiyə millisini özündənrazılıq, əminlik yıxdı. Yaxşı bir atalar sözümüz var: "çayı keçməmiş "hop" demə". Onlar da bir şey etməmiş, artıq "havalara girirlər". Ümumiyyətlə, bu, türklərin mentalitetindədir sanki. Həm futbolda, həm mətbuatlarında belədirlər. Adi bir şeyi o qədər şişirdirlər ki...".

Daşqın Əziz

Oxşar xəbərlər


Bütün xəbərlər