“Ayaks” Bakıda bir ilkə imza atıb
Dünya Futbolu / Çempionlar Liqası
Dünən, 16:30

Niderlandın "Ayaks" klubu UEFA Çempionlar Liqasında ilkə imza atıb.
Pressing.az xəbər verir ki, Amsterdam komandası buna əsas mərhələnin 6-cı turunda, "Qarabağ"la oyunda nail olub.
"Ayaks" tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirindəki matçın start heyətində iki 17 yaşlı futbolçuya şans verib. Yorti Mokio və Şon Styor ilk "11-lik"də yer alıblar.
"Qarabağ" sözügedən matçda rəqibinə 2:4 hesabı ilə uduzub.
