Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

OYUN GÜNÜ: "Qarabağ" "Ayaks"ı qəbul edir

"Qarabağ" bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxacaq.

Pressing.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Niderland "Ayaks"ı ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Bu, hər iki komandanın bir-birinə qarşı tarixdə ilk matçı olacaq.

Lakin buna qədər Ağdam klubu iki dəfə Avropa Liqasının təsnifatının pley-off mərhələsində Niderlandın "Tvente" klubu ilə qarşılaşıb. Bir dəfə (2009-cu il) mərhələ adlayan hollandlar, bir dəfə isə "Qarabağ" (2014-cü il) olub. Bununla belə, bu matçlarda Qurban Qurbanovun komandasının qələbəsi olmayıb. Oyunlarda 3-ü heç-heç bitib, 1-də isə "Tvente" qələbə qazanıb.

"Qarabağ" hazırda Liqa mərhələsinin turnir cədvəlində 0 xalla 34-cüdür. Qurban Qurbanovun komandası 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda isə "Malmö"yə uduzub (1:2).

Aktivində 4 xal olan "Ayaks" isə 8-ci pillədədir. Komanda 1-ci turda "Beşiktaş"ı darmadağın edib (4:0), 2-ci turda "Slaviya" ilə bərabərə qalıb (1:1).

Avropa Liqası, Liqa mərhələsi, 3-cü tur

20:45. "Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland)

Hakimlər: Nikolas Uolş, Qraeme Stevart, Kalum Spence, Kristofer Qraham (Şotlandiya)

Tofiq Bəhramov adına Respublika Stadionu.

Oxşar xəbərlər