Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

"Qarabağ" "Ayaks"a böyük hesabla məğlub oldu

Bu gün "Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxıb.

Pressing.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Niderland "Ayaks"ı ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə bitib. Şotlandiyadan olan hakimlər briqadası tərəfindən idarə edilən oyunda Azərbaycan komandası 2 qırmızı vərəqə alıb.

Bu, hər iki komandanın bir-birinə qarşı tarixdə ilk matçı olub.

Lakin buna qədər Ağdam klubu iki dəfə Avropa Liqasının təsnifatının pley-off mərhələsində Niderlandın "Tvente" klubu ilə qarşılaşıb. Bir dəfə (2009-cu il) mərhələ adlayan hollandlar, bir dəfə isə "Qarabağ" (2014-cü il) olub. Bununla belə, bu matçlarda Qurban Qurbanovun komandasının qələbəsi olmayıb. Oyunlardan 3-ü heç-heçə bitib, 1-də isə "Tvente" qələbə qazanıb.

"Qarabağ" Liqa mərhələsinin turnir cədvəlində hazırda 0 xalla 34-cüdür. Qurban Qurbanovun komandası 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda isə "Malmö"yə uduzub (1:2).

Aktivində 7 xal olan "Ayaks" isə bu ana olan nəticələrə əsasən, liderdir. Komanda 1-ci turda "Beşiktaş"ı darmadağın edib (4:0), 2-ci turda "Slaviya" ilə bərabərə qalıb (1:1).

UEFA Avropa Liqası, Liqa mərhələsi, 3-cü tur

20:45. "Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland) - 0:3

Qollar: Kennet Teylor, 36, Vut Veqhorst, 74 - pen; Çuba Ekpom, 77

Qırmızı vərəqə: Julio Romao, 15, Elvin Cəfərquliyev, 79 (ikisi də "Qarabağ")

Hakimlər: Nikolas Uolş, Qraeme Stevart, Kalum Spence, Kristofer Qraham (Şotlandiya)

Tofiq Bəhramov adına Respublika Stadionu.

Oxşar xəbərlər