Neymarın son durumu necədir? » Pressing.Az
Neymarın son durumu necədir?
Dünya Futbolu / Dünya Çempionatı 2-12-2022, 18:18

Braziliya yığmasının zədəli hücumçusu Neymarın son durumu açıqlanıb.

Pressing.az
xəbər verir ki, ulduz futbolçunun sabahdan məşqlərə qatılacağı iddia olunur.

Onun mundialın 1/8 final mərhələsi matçında ehtiyat oyunçular skamyasında olacağı bildirilir.

Xatırladaq ki, Neymar DÇ-2022-nin qrup mərhələsinin I turunda Serbiya ilə matçda (2:0) zədələnib.