İspaniyalı futbolçunun yeni iş yeri
Dünya Futbolu
Dünən, 21:24

Raul Albiol İtaliyanın “Piza” klubu ilə müqavilə imzalayıb.
Pressing.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat paylaşıb.
Sentyabrın 4-də 40 yaşı tamam olacaq ispaniyalı müdafiəçi bu yay 2019-cu ildən formasını geyindiyi “Vilyarreal”dan azad agent kimi ayrılıb.
