"Liverpul" futbolçusunu icarəyə göndərdi » Pressing.Az
"Liverpul" futbolçusunu icarəyə göndərdi
Dünya Futbolu 23-08-2025, 12:03

"Liverpul" klubu hücumçusu Lyuis Kuması icarəyə verib.

Pressing.az xəbər verir ki, 19 yaşlı futbolçu "Birmingem Siti"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla 1 illik müqavilə imzaanıb.

Qeyd edək ki, Lyuis ötən mövsüm icarə əsasında “Stok Siti”də keçirib, burada 49 oyunda 6 qol vurub və 3 dəfə məhsuldar ötürmə edib.