"Yuventus" onu icarəyə verdi
Dünya Futbolu
Bu gün, 14:03
“Yuventus” klubu yarımmüdafiəçisi Nikolo Faciolini icarəyə verib.
Pressing.az xəbər verir ki, 23 yaşlı futbolçu icarə əsasında “Fiorentina”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Facioli ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Nikolo bu mövsüm bütün turnirlərdə 22 matça çıxıb.