"Turan Tovuz"dan ayrıldı, bu kluba keçdi
Dünya Futbolu
26-07-2025, 10:27

Bu yay "Turan Tovuz"dan ayrılan İvan Konovalovun yeni klubu bəlli olub.
Pressing.az xəbər verir ki, rusiyalı qapıçı Belarusda çıxış edəcək.
O, "Dinamo" ilə 1.5 illik müqavilə imzalayıb. Bu barədə Minsk klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, İ.Konovalov ötən mövsüm "Turan Tovuz"da çıxış edib.
