"Turan Tovuz" onula da müqavilə yenilədi » Pressing.Az
"Turan Tovuz" onula da müqavilə yenilədi
Azərbaycan Futbolu 4-06-2023, 19:26

"Turan Tovuz" klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Pressing.az
xəbər verir ki, Ayxan Hüseynov daha bir mövsüm qərb təmsilçisində çıxış edəcək.

33 yaşlı yarımmüdafiəçi ötən ilin yayından bölgə klubunda çıxış edir.

Bildirək ki, "Turan Tovuz" bu gün qapıçılar Kamal Bayramov və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalandığını açıqlayıb.