Sərtan Taşkın Türkiyə klubunda » Pressing.Az
Sərtan Taşkın Türkiyə klubunda – RƏSMİ
Dünya Futbolu 12-01-2024, 15:34

"Turan Tovuz"dan ayrılan Sertan Taşkının "Manisa"ya keçidi rəsmiləşib.

Pressing.az
xəbər verir ki, Azərbaycanın U-21 və əsas yığmasında çıxış etmiş 26 yaşlı müdafiəçi 1-ci liqa təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Sertan Taşkın 2023-cü ilin yayından "Turan Tovuz"da çıxış edirdi. O. Tovuz klubunda 18 rəsmi matçda 1 qol vurub.