Ehtiram Şahverdiyevlə bağlı qərar » Pressing.Az
Ehtiram Şahverdiyevlə bağlı qərar
Azərbaycan Futbolu 15-06-2023, 20:08

"Turan Tovuz" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Pressing.az
xəbər verir ki, Ehtiram Şahverdiyev daha bir mövsüm Tovuz təmsilçisində çıxış edəcək.

26 yaşlı yarımmüdafiəçi ötən ilin yayından komandada çıxış edir.

Qeyd edək ki, "Turan Tovuz" buna qədər Ayxan Hüseynov, Kamal Bayramov, Tərlan Əhmədli, Sadiq Quliyev və Tərlan Quliyevlə sözləşməni yeniləyib.