Masuaku "Beşiktaş"a lazım olmadı
Dünya Futbolu
1-07-2025, 10:04

"Beşiktaş" futbolçusu Artur Masuaku ilə yollarını ayırıb.
Pressing.az xəbər verir ki, konqolu müdafiəçinin bu gün başa çatan müqaviləsi uzadılmayıb.
Qeyd edək ki, "Beşiktaş" 31 yaşlı futbolçusu 2022-ci ilin yayında "Vest Hem"dən transfer etmişdi. Konqo millisinin üzvü ötən mövsüm "ağ-qaralar"da 41 rəsmi matçda 1 qol vurub, 10 məhsuldar ötürmə edib.
