"Beşiktaş"da ayrılıq » Pressing.Az
"Beşiktaş"da ayrılıq
Dünya Futbolu 1-08-2024, 12:01

"Beşiktaş" futbolçusu Ante Rebiçlə yolları ayırıb.

Pressing.az xəbər verir ki, xorvatiyalı oyunçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, A.Rebiç 2023-cü ildən iyulundan İstanbul təmsilçisində oynayırdı. O, "Beşiktaş"da 23 matçda meydana çıxıb, 1 qol vurub, 5 qolun ötürməsini verib.