Xəbər lentiwidget-title-icon

"Sabah" "İmişli"yə qalib gəlir, "Turan Tovuz"dan qələbə - YENİLƏNİR
Kurban Berdıyev: "Azarkeşlərə qələbə sevinci bəxş etdik"
Rəşad Sadıqov: "Bu gün komandamı məğlub görmürəm"
"Sabah" - "İmişli" matçı üçün HEYƏTLƏR
İlham Əliyevdən İsgəndər Cavadovla bağlı SƏRƏNCAM
"Turan Tovuz" - "Zirə" matçı üçün HEYƏTLƏR
Serbiya klubunda yeni oyunçu
Fərid Qayıbovla federasiya nümayəndələri arasında 28-ci görüş
"Hamburq"da yeni müqavilə
19 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
"Kəpəz" 2 yoxlama matçı keçirəcək
MPL: “Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
"Kəpəz"lə "Gəncəbasar" yenidən üz-üzə
"Qarabağ"ın futbolçuları milliyə çağırılıb
"Xankəndi" MOİK-ə uduzdu - NƏTİCƏLƏR
"Qarabağ"ın "Şəfa" üzərində çətin qələbəsi - VİDEO
"Kollektiv olaraq fasiləyə ehtiyacımız var" - Qurban Qurbanov
Zaur Həşimov: "Daha güclü “Şəfa” görəcəyik"
"Qarabağ" və "Neftçi"dən qələbə - YENİLƏNİB
"Neftçi"dən Qəbələdə böyükhesablı qələbə - VİDEO
"Qarabağ" - "Şəfa" matçı üçün HEYƏTLƏR
"Karvan-Yevlax"da ayrılıq - RƏSMİ
"Qəbələ" - "Neftçi" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin dünya çempionatı üçün ilkin heyəti açıqlanıb

Şahin Diniyev: "Futbolçuların üstünə çox getmək də doğru deyil" – AÇIQLAMA

"Bu mundial həm təşkilati məsələlərdə, həm formatında, həm də üç fərqli ölkədə keçirilməsinə görə tam fərqlidir. Üstəgəl, çox yeniliklər var. Komanda sayının 48 olmasını da xüsusi qeyd etmək istərdim. FIFA-nın qərarlarına hörmətlə yanaşıram, həqiqətən də futbolun kütləviləşməsi yolunda müsbət addımlar görürük".

Bu sözləri Pressing.az-a DÇ-2026 ilə bağlı fikirlərini bölüşən Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib. Mütəxəssis Türkiyə yığmasının uğursuz çıxışı haqda da danışıb:

"Türkiyə mundialdakı çıxışı ilə türk dünyasını məyus etdi. Amma futbolçuların üstünə çox getmək də doğru deyil. Hər komandanın başına gələ biləcək bir işdir. Bu o Türkiyədir ki, 24 ildən sonra dünya çempionatına vəsiqə qazanıb. Təbii ki, gözləntimiz böyük idi. Həm də bir millətik. Çox istərdik ki, qardaş ölkə uğurları ilə bizi sevindirsin. Təəssüf ki, Türkiyənin uğursuzluğu türk dünyasının mundiala olan marağınının azalmasına gətirib çıxardı. Düzdür, DÇ-də Özbəkistan da var. Lakin onların da şansının az olduğunu düşünürəm. Demək olar ki, iki turdan sonra dünya çempionatı artıq bəzi millilər üçün bitib.

Türkiyə futbolçu, səviyyə baxımından heç də rəqiblərindən geri deyildi. Ancaq reallıq var. Parlaq oyunun yoxdursa, gec-tez uğursuzluğa düçar olursan. Səbəblər çoxdur və bunu baş məşqçi daha yaxşı bilir, görür. Əgər Avstraliya və Paraqvay milliləri ilə oyunlarda məğlub olursansa, bu, bur növ mundiala getməyin də artıq olduğunu göstərir. Deyərdim ki, qrupdakı rəqiblər Türkiyənin "dişinə" görə idi. Lakin həm müdafiə, həm də hücum xəttindəki boşluqlar özünü göstərdi. Gələcəkdə Türkiyə yığmasına uğurlar arzu edirəm".

Daşqın Əziz

Oxşar xəbərlər

Bütün xəbərlər