Xəbər lentiwidget-title-icon

Azərbaycan qolfçularından Parisdə uğurlu çıxış! – FOTOLAR
"Turan Tovuz"dan ayrıldı, Rusiya klubuna keçdi
AFFA tərəfindən futbol akademiyalarının nümayəndələri ilə görüş keçirilib
"Şəfa" Mertensi transfer etdi – FOTO
Azərbaycanlı futbolçu "Herta"da - RƏSMİ
9 iyul: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Portuqaliya millisinin yeni baş məşqçisi məlum olub
DÇ-2026-da 1/4 final həyəcanı başlayır
Çempion prezidentə "Turan Tovuz"da yüksək vəzifə verildi
Slaven Biliç yenidən Xorvatiya millisində
Azərbaycan millisi Gürcüstanı böyük hesabla məğlub edib
"Qarabağ" "Vestri"yə qarşı
Azərbaycan idman nümayəndə heyəti Belarusda işgüzar səfərdədir
“Sabah”ın baş məşqçisi rəqiblər haqda danışdı
“İmişli”də yeni təyinat - RƏSMİ
İsveçrəli qapıçı birincidir
Azərbaycan güləşçilərindən Avropa çempionatında daha iki medal
Rəşad Sadıqov: "Qarşıda daha bir 90 dəqiqə var" - VİDEO
"Sürprizi göstərə bilmədik" - "Torpedo"nun baş məşqçisi
"Zirə" "Torpedo"nu darmadağın etdi - YENİLƏNİB
"Zamanla hər şey axarına düşəcək" - Qurban Qurbanov
"Zirə” - “Torpedo” matçı üçün HEYƏTLƏR
"Kəpəz" Ehtiram Şahverdiyevlə də yolları ayırdı - RƏSMİ
FIBA Çempionlar Liqası: Azərbaycan komandası Latviya klubuna rəqib olub
Rəşad Nəbiyev Azərbaycan millisinin üzvləri ilə görüşüb

Qurban Qurbanov: "Juninyonun transferi məsələsində hələ ki sakitlikdir"

“Futbolçularımı təbrik edirəm. Həqiqətən çox yaxşı komandaya qarşı oynayırdıq. "Araz-Naxçıvan" uduzsa da, çox yaxşı idman forması göstərən kollektivdir. Bütün oyunlarda eynidirlər. Nəticələri də çox yaxşıdır. Elmar Baxşıyevə və komandasına uğurlar arzulayıram. Futbolçularıma yanvardan bu yana göstərdikləri oyuna görə təşəkkür edirəm. Azarkeşlərimizə də həmçinin. Bizi tək qoymadılar”.

Pressing.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 18-ci turunun “Araz-Naxçıvan”a qarşı matçından (2:0) sonra keçirilmiş mətbuat konfransında bildirib.

O, nəticə haqda danışarkən deyib: “Qələbə çox vacib idi ki, fasiləyə pozitiv notlarla yollanaq. Görünən odur ki, gələn il daha çox işləməliyik və daha sağlam, diqqətli olmalıyıq. Xalqımıza gələn il xoş günlər arzulayıram. Ölkəmiz üçün faydalı il olmasını arzulayıram.

- 2024-cü ilə əvvəldən baxsaq, ili necə qiymətləndirərsiz?

- Çox yaxşı. Bu ili ən uğurlu illərdən adlandırıram. "Braqa", "Bayer"lə yaxşı oyunlarımız oldu. Ölkəmiz üçün futbol ili idi. Xalqımız böyük futbol yaşadı. Oyunların hamısı gərgin və maraqlı keçdi. Həyəcanlı qələbələr, həyəcanlı məğlubiyyətlər var idi. "Bayer"ə hər iki maçtda qalib gəlmək üçün yaxşı şansımız var idi. Çempion olduq, kubok qazandıq. Minimum məqsədə çatdıq. ÇL-in pley-off mərhələsində oynadıq. Avroliqada məğlubiyyətlərlə üzləşdik. Olmamalı idi, ancaq oldu.

- Sizə görə 2024-cü ilin ən yaxşı yerli futbolçusu kimdir?

- Düşünməmişəm. İlk ağlıma gələn Toral oldu. Çox yaxşı mövsüm keçirdi. Avrokuboklarda da, çempionatda da. Komandamın ən fəal oyunçularından oldu. Siyahıya baxaram.

- Müdafiə xəttini gücləndirmək barədə düşünürsünüz?

- Düşünürük.

- Qış hazırlıq planınız bəllidir?

- Bəllidir. Bakıda qalacağıq. Yanvarın 9-da və 12-də oyunumuz olacaq. Qısa hazırlıq dönəmidir.

- Juniyno ilə bağlı yeni xəbər var?

- Elə ilk olan danışıqlardır, təklifdir. Sonra dedilər əlaqə saxlayacağıq, hələ ki, sakitlikdir.

- Nə qədər məbləğ təklif etsələr, buraxarsınız?

- Bu, mənə aid məsələ deyil.

- "Sevilya"dan zəng gəlməməsi sizi sevindirir?

- Normal prosesdir. Böyük klubdur, dərindən düşünürlər. Hansı yaxşıdır, o da olsun.

- Nə vaxt "Qarabağ"ın yerli futbolçularını Avropa klubları transfer edəcək?

- Bəlkə də, tezdir. Bu yöndə ayrıca iş qurulmalıdır. Amma bunun üçün istər-istəməz çempionatımızın səviyyəsi mütləq qalxmalıdır. Kənar ölkələr bizim liqaya dəyər verməlidirlər. Buna da vaxt lazımdır. Get-gedə alınmalıdır. Fubol olaraq böyük yaşımız yoxdur. Xaricə transfer etmək üçün ayrıca iş qurulmalıdır, təbliğat aparılmalıdır. Bəlkə oyunçularımız daha çox reklam olunmalıdır. Yəqin onun da zamanı gələcək.

- AFFA İcraiyyə Komitəsinin son iclasında pozitiv hansı müzakirələr oldu?

- Əfsuslar olsun ki, heç nə deyə bilməyəcəm. Çünki gərək rəsmi xəbər verilsin, bəlkə sonra hansısa məsələ haqda fikir bildirə bilərik.

Oxşar xəbərlər


Bütün xəbərlər

Azərbaycan qolfçularından Parisdə uğurlu çıxış! – FOTOLAR
"Turan Tovuz"dan ayrıldı, Rusiya klubuna keçdi
AFFA tərəfindən futbol akademiyalarının nümayəndələri ilə görüş keçirilib
"Şəfa" Mertensi transfer etdi – FOTO
Azərbaycanlı futbolçu "Herta"da - RƏSMİ
9 iyul: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Portuqaliya millisinin yeni baş məşqçisi məlum olub
DÇ-2026-da 1/4 final həyəcanı başlayır
Çempion prezidentə "Turan Tovuz"da yüksək vəzifə verildi
Slaven Biliç yenidən Xorvatiya millisində
Azərbaycan millisi Gürcüstanı böyük hesabla məğlub edib
"Qarabağ" "Vestri"yə qarşı
Azərbaycan idman nümayəndə heyəti Belarusda işgüzar səfərdədir
“Sabah”ın baş məşqçisi rəqiblər haqda danışdı
“İmişli”də yeni təyinat - RƏSMİ
İsveçrəli qapıçı birincidir
Azərbaycan güləşçilərindən Avropa çempionatında daha iki medal
Rəşad Sadıqov: "Qarşıda daha bir 90 dəqiqə var" - VİDEO
"Sürprizi göstərə bilmədik" - "Torpedo"nun baş məşqçisi
"Zirə" "Torpedo"nu darmadağın etdi - YENİLƏNİB