Xəbər lentiwidget-title-icon

Ayxan Abbasov: "Sevindirici hal odur ki, Millətlər Liqasında məğlub olmadıq"
Niderlanddan darmadağın, Slovakiya Farer adaları ilə bacarmadı – NƏTİCƏLƏR
Azərbaycan millisi Lixtenşteynə qalib gəldi
Lixtenşteyn - Azərbaycan matçı üçün HEYƏTLƏR
ORDU Avrokubokda cavab oyununa çıxxacaq
Azərbaycan millisində ciddi itki
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında
Azərbaycan cüdoçularının Qran-pridə ilk rəqibləri bəlli olub
Elman Sultanov "Mingəçevir"dən ayrıldı - RƏSMİ
Asim Xudiyev Millətlər Liqası matçına təyinat alıb
Məşhur futbolçu Türkiyə yığmasının düşərgəsini tərk etdi
Azərbaycan millisindən 6 medal
Yankoviç birinci oldu
Misli Premyer Liqasında 13-cü turun oyunlarının vaxtı açıqlandı
Azərbaycan millisi Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
Rahmonaliyev oynadı, komandası uduzdu
13 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
“Neftçi” və “Qarabağ”ın oyunlarının vaxtı məlum oldu
"Neftçi"nin legioneri oynadı, komandası qələbə qazandı
OYUN GÜNÜ: Azərbaycan millisi Lixtenşteynə qarşı
Argentina millisində yeni müqavilə - RƏSMİ
Azərbaycan şahmatçılarından Avropa çempionatında üç medal
Azərbaycan klubundan ayrılan baş məşqçinin yeni iş yeri
Türkiyə evdə Belçikaya belə uduzdu - VİDEO
Keçmiş futbolçu bu klubun məşqçisi oldu

Vasili Berezutski debüt qələbəsi haqda danışdı

"Sabah" klubu Misli Premyer Liqasının 15-ci turunda doğma meydanda "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.

Pressing.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyun asan alınmadı. Birinci hissədə daha yaxşı çıxış etdik. İkinci yarıda bir az arxaya oturduq. Yəqin ki, ikinci qolu vurmaq lazım idi. İşləməyə davam edəcəyik ki, daha məzmunlu oyunlar görəsiz.

- Kapitan ehtiyatda qalmışdı. Elvin Camalovun ehtiyatda qalmasının səbəbi nə idi? Davamı olaraq da, niyə məhz Pavol Şafrankonu kapitan seçmişdiz?

- Bu, məşqçilərin qərarı idi. Qısa zamanda çox oyunumuz olacaq. Rotasiyalar edəcəyik. Elvin bu gün ikinci hissədə oynadı. Meydana çıxanda da kapitan sarğısını aldı.

- Komandanın potensialı haqda fikir formalaşıb sizdə?

- Fikirlərim müsbətdir. Hücum xəttimizin potensialı yüksəkdir. Bəzi komponentlərdə artırmalıyıq ki, yüksək yerlərdə gedən komandalarla rəqabət aparaq.

- Maqsud Adıgözəlov Rusiya mətbuatına açıqlamasında demişdi ki, komandanı qısa müddətdə toparlamalı və hədəflərə çatmalıyıq. Sizin qarşınıza əsas olaraq hansı hədəflər qoyulub?

- Avrokuboklara düşmək. Azərbaycana qonaqpərvərliyinə görə təşəkkür edirik.

- Kubok yolu ilə, yoxsa çempionat yolu ilə?

- Bizi istənilən yol razı salır. Amma yəqin ki, ən qısa yol kubokdur.

- Məşqçilərin qərarı Elvin Camalovun ehtiyatda oturması idi, yoxsa kapitan sarğısını Şafrankoya vermək?

- Bizdə ikicni kapitan Amin Seydiyevdir. Digəri isə Namik Ələsgərovdur. Bəzi futbolçularda emosional yüksəliş olur. Pavola ona görə vermişdik. Qısa müddətdə çox oyun olacaq. Dəyişikliklər az olmayacaq.

- Murad Musayevlə "Sabah" haqda danışmısız? Azərbaycan futbolu haqda məlumatınız var idi?

- Xeyr, Muradla danışmamışam. O, mesaj yazaraq uğurlar arzuladı. Azərbaycan futbolu haqda bilirəm ki, "Qarabağ" avrkuboklarda oynayır, "Sabah" da oynayıb. Azərbaycan futbolunu Murada görə bilirəm. Onunla brlikdə, PRO kateqoriyasını oxumuşuq. O, mənə çox şey deyib. Dediklərindən nəticəyə gəlirəm ki, həqiqətən reallığa uyğundur.

- Təklif kimdən gəldi və düşünmək üçün nə qədər vaxt lazım oldu?

- Təklif ani alındı. Təkliflə qərar arasında vaxt az oldu. Mənim üçün "Sabah"ı çalışdırmaq böyük fəxr idi. Ona görə də bundan imtina edə bilməzdim.

- "Qarabağ"ı çıxmaq şərtilə, hansı klubla maraqlanmısız?

- Azərbaycan futbolu inkişaf edir. İnfrastuktura çoxlu yatırım edilir. Hamımız birlikdə daha da irəliyə doğru gedəcəyik.

Oxşar xəbərlər

Bütün xəbərlər