Xəbər lentiwidget-title-icon

Azərbaycan cüdoçularından Düşənbədə üç medal
"Neftçi" - "Turan Tovuz" oyununda vurulan 2 qol - VİDEO
"Kəpəz"dən geridönüş - VİDEO
Ramil Şeydayev oynadı, "Soçi" qələbə qazandı
İlham Əliyev millimizi təbrik etdi: “Bütün qollar bir-birindən gözəl idi”
"Əsas odur ki, artıq bu rəqiblərə uduzmuruq"
Kurban Berdıyev: "Üzücü məqam odur ki, qələbə qazana bilmədik”
Bakıda "sülh", "Kəpəz"dən qələbə - YENİLƏNİB
"Düşünürəm ki, qələbəyə layiq idik" - Azər Məmmədov
Prezident İlham Əliyev dünya çempionatının açılışında
Zaur Həşimov: "Hazırda çox çətin durumdayıq"
"Neftçi" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda iki medal
"Şəfa" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
"Naxçıvan"dan qələbə - ABL
"Sabah"ın ulduzu Bundesliqa klubuna keçə bilər
Nə Elxan Məmmədov belə etmişdi, nə də Sərxan Hacıyev – ən pis nümunə Cahangir Fərəcullayevdir
Bu gün Bakıda U-15 dünya çempionatı start götürür
MPL: "Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı
Azərbaycan çempionatlarının 15000-ci qolu ondan gəldi
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalında
Zirədə 5 qol - VİDEO
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
Rəşad Sadıqov: "Vacib qələbə qazandıq" - VİDEO
"Sumqayıt"ın baş məşqçisindən məğlubiyyət şərhi

Qurban Qurbanov: "Bilmirəm, bu yorğunluq fikri haradan çıxıb"

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Dinamo"(Zaqreb) matçından (0:2, ümumi hesab - 0:5) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransına qatılıb.

Pressing.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk olaraq oyunla bağlı danışıb.

- Əfsuslar olsun ki, məğlub olduq. İstəməzdik ki, uduzaq. Futbolçulara deyiləcək bir söz yoxdur. Həqiqətən çox əziyyət çəkdilər. Xeyli qol epizodlarımız oldu. Təəssüf ki, bunlardan yararlana bilmədik. Azarkeşlər bu gün də möhtəşəm idilər. Hər birinə təşəkkür edirəm.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- "Qarabağ"ın qol epizodları yaratmaqda problemi yoxdur, lakin müdafiədə xeyli çatışmazlıqlar var. Bunu necə aradan qaldırmağı düşünürsüz?

- Oyunumuz belədir. Daha çox rəqibin üzərinə atılır, oyunu meydanın onlara aid hissəsində qurmağa çalışırıq. Ümumiyyətlə, müdafiəyə daha meyilli komanda belə epizodlardan qalib ayrılır, lakin bu, bizdə belə deyil. İstər-istəməz, belə çatışmazlıqlar olacaq. Lakin mütləq şəkildə buna diqqət ayırmalıyıq. Hər bir halda, bu komandadan 5 qol buraxmış, 1 qol belə vura bilməmişiksə, çox danışmağa dəyməz.

- İlk dəqiqələrdən etibarən "Qarabağ"da inanılmaz dərəcədə yorğunluq hiss olunurdu. Bunun səbəbi nə idi?

- Bilmirəm ki, bu fikir haradan yaranıb. Yorğun komanda bu cür oyun oynaya, rəqib qapısı qarşısında bu qədər qol epizodu yarada bilməz. Birinci oyundan sonra belə bir fikir formalaşıb. Sanki nəyisə axtarıb, fiziki gücə bağlayırlar. Bu fikirlər haradan yaranıb, bilmirəm. Əgər futbolçularımızın göstəricilərinə baxsaz, neçə kilometr qət etdiyini görərsiniz. Bizim fiziki göstəricilərimiz rəqibdən üstün olub.

- Bu məğlubiyyətdən sonra yeni transferlər etməyi düşünürsüzmü?

- Məğlubiyyət olsa da, olmasa da, transfer etməyi düşünürük. Bugünlərdə bir futbolçu ilə danışıqlarımız da olub, lakin alınmayıb. Bizi qarşıda sıx qrafik gözləyir. Zədələrlə üzləşə, rotasiyaya getməli ola bilərik. Buna görə də heyətimizi gücləndirməliyik.

- Hakim qərarları barədə nə düşünürsüz? Sanki onun qərarları sizi qane etmədi.

- Ümumiyyətlə, öz işini peşəkar səviyyədə görən insan haqda danışmaq doğru olmaz. İngiltərə Premyer Liqasında hakimlik edən biri haqqında danışmaq etik sayılmaz deyə düşünürəm. Penalti epizodu çox şübhəli idi. Bilmirəm, İngiltərədə necədir, ancaq cərimə meydançasında kontakt varsa, bu, penaltidir. Qırmızı vərəqə ilə bağlı isə onu deyə bilərəm ki, "sarı"lar ikisi də bəsit qərar idi. Bu gün hansısa hakimdən soruşsaq ki, bu epizodlar kimin tərəfində idi? Hamısı deyəcək ki, referinin. Bu cür hakimin Bakıya gəlməsi bizim üçün xoş idi.

- Marko Yankoviç və Marko Veşoviçin olmaması bu cütün taleyinə necə təsir etdi?

- Hər ikisi əsas heyət oyunçusudur. Bu cür futbolçuların olmaması bizim üçün çox neqativ haldır. Düzdür, onlar olmayan oyunlarda da qalib gəlmişik, amma heyətimizi hər zaman qoruyub saxlamalıyıq.

- Oyunçuların həvəsdən düşməməsi üçün ilk motivasiyanız necə olacaq?

- İlk addımı soyunub-geyinmə otağında atdım. Hər birinə təşəkkür etdim. Bu, futboldur. Bu nəticəni düşünməyə davam etsək, qarşıdakı oyunlarımıza mənfi təsir edə bilər. Bunu unudub, Avropa Liqasındakı oyunlara hazırlaşmalıyıq.

- Futbol camiəsi "Qarabağ"ın mərhələ keçəcəyinə inanırdı. Sizcə, bu, nədən irəli gəlir?

- Bu gün bazamızda bir sözatma oldu. Deyildi ki, "Qalatasaray"ın məğlubiyyətinə baxdıq və onlara 1, bizə isə minimum 3 qol vurmaq lazım idi. Düşündüm ki, "Qarabağ"ı görün nə qədər sevirlər ki, bu cür matçda bizim 3-4 qol vuracağımıza inanırlar. Bu, birlikdir, sevgidir, komandaya olan inamdır. Buna çox sevinirəm. Bu klub, bu ad sağlam əllərdədir.

Daşqın Əziz

Oxşar xəbərlər

Bütün xəbərlər