Xəbər lentiwidget-title-icon

“Neftçi” - “Qarabağ” oyununa nə qədər bilet satılıb?
Misli Premyer Liqasında 29-cu tur start götürür
Jalə Əliyeva: “Çempion olmaq istəyirdim” - AÇIQLAMA
“Şəmkir” rəhbərliyi Futbolun İnkişaf Fondunun kollektivi ilə görüşüb
Emreli oynamadı, “Kayzerslautern” uduzdu
Jalə Əliyevadan bürünc medal
Azərbaycan güləşçisi finalda
AFFA Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başlayıb
Misli Premyer Liqasında 31-ci turun oyunlarının saatı açıqlanıb
"Roma"da Ranieri dövrü bitdi - RƏSMİ
Avropa çempionatında yarışacaq şahmatçlarımızın adları bilinib
Millimizin iki üzvü Avropa çempionatının yarımfinalında
Təmkin Xəlilzadə ulduz futbolçularla bir arada
ŞOK! "Səni öldürərəm" - Yankoviç hakimi hədələdi – VİDEO
AFFA rəsmisi UEFA-nın tədbirində
İnqilab Məmmədov İkinci Liqada
Eyni səhvlər, fərqli nəticələr: "Qarabağ" dərs çıxaracaqmı?
Ağdamda “İmarət” stadionunun tikintisinə start verilib
24 aprel: bugünkü oyunları yayımlayacaq kanallar - TV AFİŞA
“Abşeron Lions” “Neftçi”yə qalib gəlib - ABL
Liderlərdən böyükhesablı qələbələr - Yüksək Liqa
Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilib
Birinci Liqada 23-cü tura yekun vurulub - NƏTİCƏLƏR
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazanıb
AFFA rəsmisi “Sabah” – “Qarabağ” matçında hakim qərarlarının doğru olduğunu təsdiqlədi - VİDEO

Qurban Qurbanov: "Deyəcək bir söz yoxdur"

"Qarabağ" UEFA Avropa Liqası Liqa fazasının 2-ci turu çərçivəsində Bakıda "Malmö"yə 1:2 hesabı ilə məğlub olub.

Pressing.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Əfsuslar olsun ki, uduzduq. İstəməzdik ki, öz meydançamızda belə məğlub olaq. Düşünəcək, deyəcək söz yoxdur. Rəqibi təbrik etməliyik. Bəlkə də layiqli qələbə qazandılar. Epizodlarımız oldu. "Malmö"nün fərqli oyun tərzinə malik olduğunu demişdim. İkinci hissədə erkən qol buraxdıq. Əksinə, ikinci hissəyə aqressiv başlamalıydıq. İlk dəqiələrdə belə qol buraxmaq futbolçulara təsir etdi. Yaxşı komandayıq, daha yaxşı oynayıb, daha yaxşı nəticə əldə edə bilərik. Ola bilər ki, komanda bu aralar öz oyun ritmindən uzaqlaşıb. Ümid edirəm ki, qarşıdakı vaxtlarda daha yaxşı oalcağıq.

- Çempionatdakı rəqabətsizliyə görə avrokuboklarda uduzursuz?

- Xeyr. İndi elə perioddayıq ki, bu haqda düşünmək olmaz. Xeyli sayda avrokubok oyunları keçirmişik. İnanmıram ki, hazırkı durum nəticəmizə təsir edir. Sadəcə ola bilər ki, bir neçə futbolçumuzun zədəli olması oyun planımızda geriləməyə səbəb olub. Hər bir halda bugünkü gün üçün inanmıram təsiri olsun.

- Üç əvəzetmə etdiniz, amma Yankoviçlə bağlı pauza verdiz. Bunun səbəbi nədir?

- Romao bir az özünü yaxşı hiss etmirdi. Ona görə pauza etdim. Sonda da məncə, düzgün addım atdıq. Özünü pis hiss edirdi.

- Bəs Bəhlul?

- İlk hissədən sonra ağrısı var idi. İkinci hissədə hiss etdim ki, öz gücü ilə oynaya bilmir. İynə vurub çıxmışdı meydana.

- Sanki "Qarabağ" əvvəlki həvəsdə deyil, komandada nəsə baş verir, əvvəlki kimi oynaya bilmir. Futbolçular həvəsdən düşüb, yoxsa yorğunluq var?

- Həvəsdən düşdüklərini deməzdim. Ola bilər indi elə vaxtdır ki, öz oyun ritmlərindən uzaqlaşıblar. Bəlkə də psixoloji yorğunluq var. Bu komandada həvəssizlik heç vaxt düşünülməyib. Sadəcə əgər məğlub oluruqsa, düşünməliyik ki, əvvəl ola bilər daha istəkli idik. Bunu qəbul etməliyik. Bir az bəzi oyunçularda... Mən görürəm, bilirəm. Bəziləri öz idman formasından uzaqdır. Ölkə çempionatında görünməyə bilər. Amma Avropa oyunlarında hiss olunur. Biz daha yaxşı oynaya bilərik. Bəzi düşündüyüm xırda elementlər aradan qalxdıqda, belə olacaq. Bu oyun bir daha göstərdi ki, belə matçlarda daha çox motivasiya, dinamika olmalıdır, güc sərf etməliyik. Bu gün uduzsaq da, faydası olacaq.

- "Malmö" rəqiblər arasında zəiflərdən hesab olunurdu. Digər rəqiblərimiz daha güclüdür. Onlarla oyunda nə edəcəksiz?

- Heç kimə zəif gözü ilə baxmırıq. Hər biri Avropa komandalarıdır. Özümüzü də çox zəif saymırıq.Qarşıda dəyişik nəticələr çox olacaq.

- "Qarabağ" kifayət qədər çox epizodları yaradır. Ən çox nəyin üstündə işləmək lazımdır ki, məntiqi sonluq vaxtında gəlsin?

- Fərdi yöndə. Əgər budursa, problem olmaz. Yaxşılaşdıra bilərik. Belə oyunlarda həyəcan olmasın. Həyəcana görə epizod vurulmasa, problem ola bilər. Amma texniki səhvdirsə, yaxın zamanda yaxşılaşdırmaq olar.

- Buntiç və Koxalski etibarlı qapıçılar sayıla bilməz. Şahruddin yenə əsas qapıçı kimi görünür. Qapıçılarla bağlı düşüncəniz necədir?

Düşünəcək heç nə qalmayıb. Fikirləşsək, qapıçılar hansı liqalardan gəlib? Hər ikisinin yetərincə bacarığı, keyfiyyəti var. Ola bilər ki, hələ tam adaptasiya ola bilməyiblər. Hər ikisinə inanıram, güvənirəm, böyük potensialları var. Şahruddinin yaxın zamanlarda meydana dönməsi görünmür. Fərdi məşqlərə başlayıb. Kollektivlə başlamasına xeyli vaxt lazım olacaq. Məncə, hər ikisi güvəniləsi qapıçıdır. Çempionata tam uyğunlaşandan sonra onlardan çox faydalanacağıq. Bu gün atacaq addımımız yoxdur.

- Qorxmursuz ki, psixoloji amil sonrakı matçlarınıza da təsir edə bilər?

- Qorxacaq, çəkinəcək bir şey yoxdur. Neçə illərdir ki, bu işin içindəyik. Bir insan ilboyu sağlam ola bilməz. Komandalar da hansısa müddət öz formasından uzaqlaşır. Belə hallara çox soyuqqanlı yanaşmalıyıq.

- "Dinamo" səddini keçə bilməmək komandaya psixoloji cəhətdən təsir etdi? Sanki komanda o oyunda qalıb...

- Təsir etdi. Amma bu günə kimi qaldığını düşünmürəm. Xeyli müddət nəinki öz aramızda, azarkeşlər arasında, mediada belə fikirlər formalaşıb. Hamının gözü Çempionlar Liqasının Liqa mərhələsində idi. Bu, normal haldır. Hamınız bunu daim istəməlisiz. Biz isə belə hallarda daha da soyuqqanlı, daha da möhkəm olmalıyıq və komandanın problemi varsa, onu yoluna qoymalıyıq.

Oxşar xəbərlər


Bütün xəbərlər

“Neftçi” - “Qarabağ” oyununa nə qədər bilet satılıb?
Misli Premyer Liqasında 29-cu tur start götürür
Jalə Əliyeva: “Çempion olmaq istəyirdim” - AÇIQLAMA
“Şəmkir” rəhbərliyi Futbolun İnkişaf Fondunun kollektivi ilə görüşüb
Emreli oynamadı, “Kayzerslautern” uduzdu
Jalə Əliyevadan bürünc medal
Azərbaycan güləşçisi finalda
AFFA Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başlayıb
Misli Premyer Liqasında 31-ci turun oyunlarının saatı açıqlanıb
"Roma"da Ranieri dövrü bitdi - RƏSMİ
Avropa çempionatında yarışacaq şahmatçlarımızın adları bilinib
Millimizin iki üzvü Avropa çempionatının yarımfinalında
Təmkin Xəlilzadə ulduz futbolçularla bir arada
ŞOK! "Səni öldürərəm" - Yankoviç hakimi hədələdi – VİDEO
AFFA rəsmisi UEFA-nın tədbirində
İnqilab Məmmədov İkinci Liqada
Eyni səhvlər, fərqli nəticələr: "Qarabağ" dərs çıxaracaqmı?
Ağdamda “İmarət” stadionunun tikintisinə start verilib
24 aprel: bugünkü oyunları yayımlayacaq kanallar - TV AFİŞA
“Abşeron Lions” “Neftçi”yə qalib gəlib - ABL