Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

"Mənim üçün “Qarabağ” əvvəldən daha yaxşı və mütəşəkkil komandadır" - "Dinamo"nun baş məşqçisi

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Dinamo"nun (Xorvatiya) baş məşqçisi Sergey Yakiroviç Ağdam klubu ilə bağlı fikirlərini bölüşüb.

Pressing.az xəbər verir ki, o, Zaqreb təmsilçisinin rəsmi saytına açıqlamasında "Qarabağ"ın 3-cü təsnifat mərhələsində "Ludoqorets"i (Bolqarıstan) mübarizdən kənarlaşdırmasından (1:2, 7:2) danışıb və bu rəqibə qarşı çox ciddi hazırlaşacaqlarını bildirib:

"Transfermarkta baxarkən, hər iki komandanın qiymətini görəndə düşünmək olardı ki, "Ludoqorets" favoritdir. Amma meydana çıxana və oyun başlayana qədər belə olur. "Ludoqorets"in oyunu öz əllərində idi. Ancaq öz səhvlərindən uduzdular. Mənim üçün “Qarabağ” əvvəldən daha yaxşı və mütəşəkkil komandadır. Onlar taktiki cəhətdən meydanda daha yaxşı, çox təhlükəli, sürətli və texnikalıdırlar. Şübhəsiz ki, rəqibi mümkün qədər yaxşı analiz etməyə çalışırıq. Hər iki oyuna düzgün və ciddi hazırlaşmalıyıq. Hər bir detal çox vacib olacaq. Ümid edirəm ki, azarkeş izdihamının köməyi ilə ilk oyunda üstünlük qazanacağıq".

Xatırladaq ki, "Dinamo" ilə "Qarabağ" arasında ilk oyun avqustun 20-si Zaqrebdə, cavab matçı avqustun 28-si Bakıda keçiriləcək.

Oxşar xəbərlər