"Neftçi"də daha bir ayrılıq » Pressing.Az
"Neftçi"də daha bir ayrılıq
Azərbaycan Futbolu 28-06-2024, 13:00

"Neftçi" klubu daha bir futbolçu ilə yollarını ayırıb.

Pressing.az xəbər verir ki, "ağ-qaralar" Ataa Caberlə vidalaşıb.

2022-ci ilin iyununda transfer olunmuş oyunçu "ağ-qaralar"ın heyətində 58 rəsmi oyuna çıxıb, 9 qol vurub.

Paytaxt təmsilçisi öncədən yarımmüdafiəçi Eddi İsrafilov və qapıçı Aqil Məmmədovla əməkdaşlığa son qoyub.