"Neftçi"dən Macarıstan klubu ilə heç-heçə » Pressing.Az
"Neftçi"dən Macarıstan klubu ilə heç-heçə
Azərbaycan Futbolu 10-01-2023, 21:00

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk hazırlıq oyununa çıxıb.

Pressing.az xəbər verir ki, paytaxt təmsilçisi Macarıstanın "Vaşaş" klub ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

"Neftçi"nin heyətində Kenni Sayef fərqlənib.

Qeyd edək ki, "Neftçi" yanvarın 15-də "Medz Leqniça” və “Baçka Topola”, 19-da isə “Srvena Zvezda” ilə qarşılaşacaq.