"Kəpəz" istirahətə çəkildi » Pressing.Az
"Kəpəz" istirahətə çəkildi
Azərbaycan Futbolu 25-12-2023, 16:16

“Kəpəz” klubu qış fasiləsinə yollanıb.

Pressing.az
xəbər verir ki, komanda üzvlərinə 10 günlük istirahət verilib.

Bəzi legionerlər fürsətdən istifadə edərək Yeni il bayramını qeyd etmək üçün vətənlərinə yollanıblar.

Komanda çempionatın ikinci hissəsinə hazırlıq üçün yanvarın 4-də Gəncədə toplanacaq. Təlim-məşq toplanışı barədə daha geniş məlumatın qarşıdakı günlərdə veriləcəyi bildirilib.