Xəbər lentiwidget-title-icon

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

Qurban Qurbanov: "Qarabağ"da diqqətsiz, məsuliyyətsiz olmaq olmaz"

İlin məşqçisi seçilən Qurban Qurbanov tədbərdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Pressing.az
51 yaşlı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

- Ardıcıl 13-cü dəfədir ki, ilin məşqçisi seçilirsiz. Təəssüratlarınız necədir?

- Hamıya öz təşəkkürümü bildirirəm. Əlbəttə ki, həyəcan var idi. Çox sevindim. Zəhmətinə dəyər veriləndə hər insanın əhval-ruhiyyəsi yaxşılaşır.

- Bu, sizin üzərinizdə məsuliyyəti artırır?

- Çox istərdim ki, daim uğurlu nəticələr əldə edək. Hər bir klub uğur əldə etmək üçün yaradılır. "Qarabağ"da diqqətsiz, məsuliyyətsiz olmaq olmaz. Mütləq məsuliyyətimiz daha da artmalıdır. İllər keçdikcə rəqabət çoxalır, klubların sayı artır. Düşünürəm ki, get-gedə sponsorlar çox olacaq. Çox istərdim ki, qarşıdakı illərdə rəhbərliklə birlikdə bu klubu yaxşı səviyyədə qoruyub-saxlayaq. Çünki, bu adın dəyəri hamımız üçün çox böyükdür.

- Uğurlar artdıqca komandanı idarə etməyin məsuliyyəti və çətinliyi də artır. Bundan sonra işiniz nə dərəcədə çətin olacaq?

- Əgər bizdən daha böyük uğur gözlənilirsə, iş saatımız çoxalır. Rəqiblərimizin gücü və təcrübəsi çoxdur. Belə turnirlər, belə oyunlar bizə ancaq təcrübə verir. Öz iş prinsiplərimizi daha da yaxşılaşdırmağa çalışacağıq.

- Digər namizədləri gördüz. Seçim imkanı sizdə olsaydı, kimə səs verərdiz?

- Çox istərdim ki, digər məşqçilərin hər birinə bu ad verilsin. Tanıdığım çox məşqçilər var ki, öz üzərlərində gecə-gündüz çalışırlar. Bəzən onlara qibtə edirəm. Bu dərəcədə öz peşələrini sevirlər. Heç nəyə fikir vermədən istəyirlər ki, Azərbaycan futbolu üçün bacarıqlı şəxsiyyət olsunlar. İnşallah onlar da bu adı qazanacaq. Həm öz gənc məşqçilərimiz Rəşad Sadıqov, Ayxan Abbasov, Samir Abasov, Elmar Baxşıyev, həm "Sabah"ı çalışdıran Murad Musayev... Öz üzərlərində çox çalışırlar. Kimin adı yadımdan çıxdısa, üzrlü hesab etsinlər.

- Pley-offa görə transferlər gözlənilir?

- Sırf Pley-offa görə bu addımı atsaq, yanlış olar. Hansı mövqedə dəyişiklik etmək lazımdırsa, bunu etməyə çalışırıq. Hər transfer pəncərəsində hansısa dəyişikliklər etmək istəyirəm. Buna bəzən ehtiyac olur. Bu gün də görsək ki, hansısa oyunçu bizə həqiqətən faydalı olacaq, ona yox deməyəcəyik. Hətta həmin mövqedə 2-3 futbolçu olsa belə. Çünki, biz bu günü yox, sabahı düşünmək istəyirik. Sadəcə bu günü düşünüb addım atsaq, məncə uğursuz olar.

Oxşar xəbərlər

Bütün xəbərlər