Xəbər lentiwidget-title-icon

Kot-d’İvuarlı futbolçu "Zirə"də
Karluş Keyruşun yeni iş yeri
PFL Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başlayıb
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
"Sabah"ın prezidenti: "Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı"
İngiltərə klubunda yeni hücumçu - RƏSMİ
Məşhur futbolçu millidən getdi
"Kəpəz”in futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
Azərbaycan 1-ci Liqasında yeni mövsüm başlayır
"Çelsi"dən "Tottenhem"ə
Azərbaycan millisi Qırğızıstana məğlub olub
Azərbaycan millisinin matçının yeri dəyişdirilib
"Sabahın Ulduzları": 8-ci turun nəticələri
2-ci Liqada 2-ci turun oyun cədvəli açıqlanıb
Azərbaycan millisinin üzvləri Göygöldə təlim-məşq toplanışındadır
Polina Rəhimova Azrbaycan millisindən getdi
"Qarabağ"ın UEFA Gənclər Liqasındakı rəqibi məlum olub
"Sabah"ın Çempionlar Liqası üçün iştirak ərizəsi açıqlanıb
Azərbaycan millisi Türkiyəyə hər üç setdə uduzdu
Braziliyalı futbolçu "Sabah"da
1 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
UEFA Gənclər Liqası: "Sabah"ın oyunlarının təqvimi AÇIQLANIB
Voltemade "Yuventus"da
Amerikalı oyunçu "Gəncə"də - RƏSMİ
Bakı klubunda yeni futbolçu - RƏSMİ

"Sabah"ın prezidenti: "Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı"

"Sabah”ın prezidenti Maqsud Adıgözəlov klubun UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsinin arxasında dayanan prinsiplərdən danışıb.

Pressing.az xəbər verir ki, klub rəhbəri “Euronews”a açıqlamasında “Sabah”ın maliyyə imkanlarına görə bir çox Avropa klubu ilə rəqabət apara bilmədiyini, buna görə fərqli inkişaf yolunun seçildiyini bildirib: “Biz maliyyə baxımından yaxşı qurulmuş bir çox Avropa klubu ilə rəqabət apara bilməzdik. Buna görə öz rəqabət üstünlüklərimizi tapmalı idik.

Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı. Bu yanaşma göstərdi ki, məlumatlardan düzgün istifadə və düşünülmüş seleksiya klubun maliyyə imkanlarından qat-qat yüksək səviyyədə rəqabət aparmasına şərait yarada bilər”.

O bununla yanaşı, klubun fəaliyyətində insan amilinin əsas yerlərdən birini tutduğunu vurğulayıb: “Futbolçular ilk növbədə insandırlar, yalnız bundan sonra aktiv və ya statistik göstəricidirlər. Biz oyunçular üçün məşq və yaşayış baxımından əla şərait yaratmağa, onlara və ailələrinə hörmətlə yanaşmağa çalışırıq”.

Funksioner Çempionlar Liqasına vəsiqənin klubda uzun illər ərzində görülən işlərin nəticəsi olduğunu bildirib: “Çempionlar Liqası bu gün hamının gördüyü nəticədir. Amma bizi xüsusilə sevindirən 9 il ərzində kənardan görünməyən sistem, mədəniyyət və zəhmətdir”.

Adıgözəlov tarixi uğurun Azərbaycan futboluna mümkün təsirindən də danışıb: “Tribunada oturub “Barselona”nın və ya Dortmund “Borussiya”sının “Sabah”a qarşı oynadığını izləyən oğlan və ya qız futbol haqqında başqa cür xəyal qurmağa başlaya bilər. Əgər bu uğur sayəsində daha çox uşaq futbola gəlsə, daha çox ailə stadionlara üz tutsa və Azərbaycan futboluna inam artsa, onun təsiri təkcə “Sabah”ın uğurundan qat-qat böyük olacaq”.

Oxşar xəbərlər

Bütün xəbərlər