"Kəpəz”in futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
AFFA-nın təşəbbüsü ilə “Kəpəz” Futbol Akademiyasının U-15, U-16, U-17 və U-19 komandalarının futbolçuları, məşqçi və texniki heyətin üzvləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.
Gəncə təmsilçisindən Pressing.az-a verilən məlumata görə, tədbirdə AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri Naib Əsədov və aparıcı mütəxəssis Murad Məmmədli çıxış ediblər.
Seminar zamanı danışılmış oyunlarda iştirak və manipulyasiya halları barədə məlumat verilib, bu cür cəhdlərin və ya məlumatların gizlədilməsinin ağır intizam pozuntusu olduğu diqqətə çatdırılıb.