Xəbər lentiwidget-title-icon

Qurban Qurbanov: “Bizim vəzifəmiz meydanda döyüşməkdir”
"Qarabağ" və "Sabah"dan qələbə - YENİLƏNİB
"Neftçi"də xorvatiyalı futbolçu - RƏSMİ
"Sabah"ın qələbəsi - VİDEO
"Araz-Naxçıvan"ın baş məşqçisindən məğlubiyyət şərhi
Portuqaliya klubundan yeni transfer
"Araz-Naxçıvan" - "Sabah" matçı üçün HEYƏTLƏR
Braziliyalı futbolçu İngiltərə klubunda
AFFA-nın əməkdaşına vəzifə verildi
Mahir Emreli Azərbaycan millisindən uzaqlaşdırılsın!
Azərbaycan idmançıları kapoeyra üzrə beynəlxalq turnirdə 6 medal qazanıblar
Azərbaycanı Avropa çempionatında təmsil edəcək cüdoçular məlumdur
"Qarabağ"da ayrılıq - RƏSMİ
Gəncədə 10 ilin azarkeş rekordu
İsrail klubu azərbaycanlı futbolçunu birdəfəlik transfer edir – ÖZƏL
SON DƏQİQƏ! "Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
31 avqust: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Rəşad Sadıqov üçün yubiley
"Sabahın Ulduzları": 2 oyunda 12 qol
"Sabah"ın sabiq üzvü "Mingəçevir"də - RƏSMİ
İtaliya klubunda yeni oyunçu
"Beşiktaş"da ayrılıq
"Zirə" "Neftçi"ni belə məğlub etdi - VİDEO
"Kəpəz"in qələbəsi - VİDEO

Qurban Qurbanov: “Bizim vəzifəmiz meydanda döyüşməkdir”

Misli Premyer Liqasında 2026/27 mövsümünün 3-cü turu çərçivəsində "Qarabağ" "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib.

Pressing.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında matç barədə fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablayıb:

“Futbolçularımı təbrik edirəm. Azlıqda qalmağımıza baxmayaraq qalib gəlməyi bacardıq. Rəqib topla yaxşı oynayırdı və bəzən onların qarşısını almaqda çətinlik çəkirdik. Onlara uğurlar arzulayıram. Azarkeşlərimizə də bu havada bizi yalnız buraxmadıqları üçün təşəkkür edirəm”.

- Kadi Borgesin qırmızı vərəqə aldığı epizodu necə qiymətləndirirsiniz?

- Belə halın baş verməsi yolverilməzdir. Futbolçularımız həmişə nizam-intizamı ilə seçilib. “Tvente” ilə oyunda qırmızı vərəqə olduğunu düşünmürdüm, amma bu epizodda var idi. Yüngül iradlarımı da Kadiyə bildirdim. Mən nə qədər onları sakitləşdirsəm də, "Tvente" ilə matçdan sonra psixoloji gərginlik var idi və bunun olması da normal bir haldır.

- “Qarabağ” tam olaraq nə vaxt hazır olacaq?

- Buna bir qədər zaman lazımdır. Futbolçuların bir-birinə tam uyğunlaşması üçün vaxt gərəkdir. Oyundan-oyuna daha yaxşı olacağımızı düşünürəm.

- Bəzən bir addım irəli getmək üçün iki addım geri atmaq lazım olduğu deyilir. Bunu “Qarabağ”a aid etmək olar?

- Geri addım atmağın müəyyən faydası ola bilər. Amma bizim bir psixologiyamız var. Biz istəyərək geri addım atmalı deyilik. Rəqib bizə bunu vadar edir. Bəzən biz məcbur geri addım atırıq. Yenilənməyə ehtiyac var. Təcrübəli mütəxəssis Ferqyuson deyirdi ki, bir komandanın yenilənməsi üçün ən azı 3-4 il lazımdır. Bizdə bu vəziyyət olmasa da, müəyyən zamandan sonra yaxşılığa doğru irəliləyiş olacaq.

- “Tvente” ilə oyundan sonra futbol ictimaiyyətinin iki yerə bölünməsi barədə nə deyə bilərsiniz?

- Mənim sevdiyim, yaşadığım, güvəndiyim bir Azərbaycan var. 2 yerə bölünən anlayış mənim düşüncəmdə yoxdur. Vətən müharibəsindən sonra bu anlayış məndə bu fikir daha da qabardı. Fikir ayrılıqları ola bilər. Hər şey qaydasındadır. Bizim bir vəzifəmiz var. Meydanda döyüşməliyik. Heç bir yazıya cavab vermək niyyətində deyiləm. (sportal.az)

Oxşar xəbərlər

Bütün xəbərlər