Xəbər lentiwidget-title-icon

"Barselona" Bakıdadır
Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb
UEFA-dan “Sabah”ın futbolçusuna cəza
"Şəmkir" və "Marafon"dan qələbə - İkinci Liqa
Azərbaycan millisinin heyəti açıqlanıb - SİYAHI
“Sabah” və “Barselona”nın açıq məşqinin vaxtı bilinib
Yamalsız da “Barselona”dır... – YAZI
Kamal Umudluya UEFA-dan növbəti təyinat
"Barselona" "Sabah" üçün ən uzun məsafəni qət edəcək
Murata "Sumqayıt"a lazım olmadı - RƏSMİ
"Sabah" - "Barselona" oyununun hakimləri açıqlanıb
SON DƏQİQƏ! Lamin Yamal “Sabah”la oyunu buraxacaq
İkinci Liqada tura yekun vurulur
Davit Volkovun "Zirə"də 50-ci qolu
"Neftçi"dən qələbə - ABL
Premyer Liqamızda yeni tamaşaçı rekordu
Azərbaycan boksçuları Avropa çempionatının yarımfinalında
Renat Dadaşovun komandası qələbə qazandı
Gəncədə əla atmosfer, qolsuz oyun - VİDEO
"Az qol buraxmağımızın səbəblərindən biri odur ki..." - Azər Məmmədov
“İmişli”nin baş məşqçisi təyin olundu
Qurban Qurbanov: "Heç kim uduzmaq istəmirdi"
"Neftçi"dən qələbə, "Qarabağ" qələbə üzünə həsrətdir - YENİLƏNİB
Mahir Emreli oynadı, komandası qalib gəldi
İkinci Liqada həftənin hakimləri məlum olub

Qabil Əlizadə: “İnam formalaşıb ki, qarşıdakı hədəfə çata bilərik” – MÜSAHİBƏ

“Mingəçevir” klubunun yarımmüdafiəçisi Qabil Əlizadənin müsahibəsini təqdim edirik:

– 1-ci liqanın son tutunda “Səbail” üzərində 4:1 hesablı qələbəni necə dəyərləndirirsiniz?

– İlk növbədə deyə bilərəm ki, komanda həmin oyuna çox ciddi hazırlaşmışdıq. Bu qarşılaşma hər bir futbolçu üçün həm karyera, həm də şəxsi nüfuz baxımından böyük əhəmiyyət daşıyırdı. Komandadakı hər kəs meydanda maksimum gücünü ortaya qoydu və nəticədə layiqli qələbə qazandıq. Azarkeşlərimizin dəstəyi isə möhtəşəm idi. Stadionda yaranan atmosfer bizi əlavə motivasiya edirdi. Düşünürəm ki, azarkeşlər həmin oyunda sözün əsl mənasında 12-ci oyunçu oldular.

– Pley-off öncəsi komandada ab-hava necədir?

– Komandada çox yaxşı atmosfer var. Artıq futbolçular arasında inam formalaşıb ki, qarşıdakı hədəfə çata bilərik. Heyətdə Premyer Liqa təcrübəsi olan kifayət qədər oyunçu var və bu da bizə əlavə üstünlük verir. Çox sağlam kollektiv formalaşıb. Açığı, düşünürəm ki, komandamız I Liqanın ən təhlükəli kollektivlərindən biridir.

– Premyer Liqaya yüksəlmək şansı sizin üçün nə ifadə edir?

– Bu, sadəcə uğur deyil, Mingəçevir futbolu üçün tarix ola bilər. Uzun illərdən sonra şəhərin komandasını yenidən Premyer Liqada görmək həm azarkeşlər, həm də şəhər üçün böyük hadisə olar. Premyer Liqa Mingəçevirə yaraşır. Bu çətin yolda böyük əziyyət çəkmişik. Əgər məqsədimizə çata bilsək, düşünürəm ki, komandanın hər bir üzvü adını Mingəçevir futbolunun tarixinə yazdıracaq.

– Son vaxtlar xarici klubların da sizinlə maraqlandığı bildirilir. Bu barədə fikriniz maraqlıdır?

– Müəyyən maraq və təkliflər var. Bu, əlbəttə ki, hər bir futbolçu üçün xoş haldır. Amma hazırda bütün fikrim komandamın üzərindədir. Bizim üçün ən vacib məsələ qarşıdakı pley-off oyunlarıdır. Hazırda bütün diqqətimizi həmin matçlara yönəltmişik. Mövsüm başa çatdıqdan sonra gələcəklə bağlı məsələlərə daha aydın baxmaq mümkün olacaq. İndi əsas məqsədimiz “Mingəçevir”i Premyer Liqaya yüksəltməkdir.

Mənbə: Forvard.az

Oxşar xəbərlər


Bütün xəbərlər

"Barselona" Bakıdadır
Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb
UEFA-dan “Sabah”ın futbolçusuna cəza
"Şəmkir" və "Marafon"dan qələbə - İkinci Liqa
Azərbaycan millisinin heyəti açıqlanıb - SİYAHI
“Sabah” və “Barselona”nın açıq məşqinin vaxtı bilinib
Yamalsız da “Barselona”dır... – YAZI
Kamal Umudluya UEFA-dan növbəti təyinat
"Barselona" "Sabah" üçün ən uzun məsafəni qət edəcək
Murata "Sumqayıt"a lazım olmadı - RƏSMİ
"Sabah" - "Barselona" oyununun hakimləri açıqlanıb
SON DƏQİQƏ! Lamin Yamal “Sabah”la oyunu buraxacaq
İkinci Liqada tura yekun vurulur
Davit Volkovun "Zirə"də 50-ci qolu
"Neftçi"dən qələbə - ABL
Premyer Liqamızda yeni tamaşaçı rekordu
Azərbaycan boksçuları Avropa çempionatının yarımfinalında
Renat Dadaşovun komandası qələbə qazandı
Gəncədə əla atmosfer, qolsuz oyun - VİDEO
"Az qol buraxmağımızın səbəblərindən biri odur ki..." - Azər Məmmədov