Xəbər lentiwidget-title-icon

Azərbaycan yığmasından ardıcıl üçüncü qələbə!
Valdas Dambrauskas: "Əminəm ki, komandam bunun öhdəsindən gələcək"
Rəhim Həsənov "Turan Tovuz"un qolunun sayılmamasını TƏSDİQLƏDİ
"Hapoel"in baş məşqçisi: "Sabah"ın təhlükəli futbolçuları var"
Su İdman Növləri Federasiyası SUP (ayaqüstü avarlı lövhə) üzrə turnir keçirib
Niderland yığmasından Bakıda ikinci qələbə
"Sumqayıt"dan ayrılan futbolçu Sloveniya klubuna keçdi
Qubada “Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb
Mahmud Qurbanov millinin baş məşqçisi təyin edildi
Fabinyo da “Trabzonspor”da - RƏSMİ
Azərbaycan yığmasına seçimlər davam edir
“Öz əməlimlə, öz işimlə həmişə verdiyim sözün üstündə durmuşam” - Ayxan Abbasovla GENİŞ MÜSAHİBƏ
Azərbaycan çempionatlarında 39-cu qapıçı
“Neftçi”nin 300-cü ev qələbəsi
“Sabah”ın oyununa 20 min bilet satıldı!
"Neftçi"dən darmadağın - VİDEO
“Kəpəz” – “Gəncəbasar” oyununda 6 qol
Azərbaycan ağırlıqqaldıranı Avropa çempionu olub
Azərbaycan güləşçilərindən DÇ-nin son günündə 2 medal
"Turan Tovuz" - "Şamaxı" oyununda bərabərlik - VİDEO
Yuri Vernidub: "İki qələbədən sonra göylərdə uçmaq lazım deyil"
"Neftçi"dən darmadağın, Tovuzda "sülh" - YENİLƏNİB
Kurban Berdıyev: "Hamı qol olduğunu gördü, hakim görmədi”
AÇ: Azərbaycan millisindən növbəti qələbə

“Qarabağ”da intizam, yoxsa nümayişkaranə cəza?

“Qarabağ” illərlə Azərbaycan futbolunda peşəkarlığın simvolu kimi təqdim olunub. Nizam-intizam, ailə mühiti, sistem, hörmət… Amma görünür, bu anlayışlar bəzən seçilmiş futbolçular və seçilmiş fərdlər üçün işləyir. Yəni bu ailə söhbəti hər kəsə aid deyil.

Elvin Cəfərquliyev və Abbas Hüseynovun mövsümün yekun tədbirinə dəvət edilməməsi, əsas heyətdən kənarlaşdırılması və bazaya belə buraxılmamaları artıq “intizam tədbiri” yox, nümayişkaranə cəza təsiri bağışlayır.

Qurban Qurbanov tədbirdə “Qarabağ”ın çəkisi çox ağırdır. Bu məsuliyyəti hər birimiz anlamalıyıq”, - dedi. Bəli, ağırdır. Amma o ağırlıq yalnız futbolçuların çiyninə düşməməlidir.

Çünki bu klubda əvvəllər də intizamsızlıq hallarının şahidi olmuşuq. Reynaldo açıq şəkildə gecə həyatı yaşadığını etiraf etmişdi. Hətta baş məşqçinin onun şəxsi həyatına qarışmadığını da bildirmişdi. Ramil Şeydayev sosial şəbəkədə belaruslu modelə biabırçı mesajı ilə gündəmə gələndə də ortada bu qədər sərt, nümayişkaranə münasibət yox idi. O zaman “Qarabağ”ın çəkisi yüngülləşməmişdi? Başda Kevin Medina olmaqla legionerlərin "çıxdığı oyunları " biz biliriksə, hoca bizdən də yaxşı bilir. Bəs ikili münasibətlərin səbəbi?!

İndi isə söhbət milli komandanın əsas üzvlərindən gedir. Elvin son aylarda Azərbaycanın ən formada futbolçularından biri idi. Belə oyunçunu bir anda sistemdən silmək təkcə kluba yox, milli komandaya da zərbədir. Azərbaycan futbolunun onsuz da məhdud resursları var. Bu resursları emosional qərarlarla itirmək nə dərəcədə doğrudur?

Abbas Hüseynovu bazaya buraxmamaq, maşınını belə özünün götürməsinə icazə verməmək, "evakuatorla gəl götür, ya da başqası götürsün" demək artıq peşəkar idarəçilikdən çox şəxsi münasibət görüntüsü yaradır.

İntizam vacibdir. Amma intizamla nümayişkaranə sərtlik arasında çox incə xətt var. O xətt keçiləndə isə məsələ artıq prinsip yox, güc nümayişinə çevrilir.

Qurban Qurbanov Azərbaycan futbolu üçün böyük fiqurdur. Məhz buna görə də onun qərarları daha çox müzakirə olunur və daha çox məsuliyyət daşıyır. Çünki belə sərt qərarlar təkcə iki futbolçunun taleyinə yox, ümumi futbol mühitinə mesaj verir: “Bir səhvin varsa, səni tam silə bilərik”.

Amma futbol idarə etmək yalnız cəzalandırmaq deyil. Qorumaq, qazanmaq və idarə etmək də bunun bir hissəsidir.

Orxan İsmayılov

Oxşar xəbərlər

Bütün xəbərlər