Xəbər lentiwidget-title-icon

Elvin Cəfərquliyevin günahı nədir? – YAZI
"Öz taleyimin necə olacağını bilmirəm" - Andrey Demçenko
"İmişli" və Kəpəz"dən qələbə - YENİLƏNİB
Azər Bağırov: “Əsl “Kəpəz” azarkeşləri bilir ki..."
“Hakimin Gəncədən olması, vaxtı ilə “Kəpəz”də oynaması gülməlidir”
"Araz-Naxçıvan" - "İmişli" matçı üçün HEYƏTLƏR
“Böyük Dəbilqə”: Məmmədəliyev bürünc medal üçün mübarizə aparacaq
“Kəpəz” - “Sumqayıt” matçı üçün HEYƏTLƏR
"Real"da ciddi itki
Arda Güler hamını qabaqladı
2 may: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Misli Premyer Liqasında 30-cu tur başlayır
"Qarabağ"ın "Turan Tovuz"la görüşünün biletləri satışa çıxarılıb
Tanınmış futbolçu ilə yeni müqavilə
Türkiyə yığması 2 yoxlama oyunu keçirəcək
Rövşən Nəcəf müxtəlif federasiyaların prezidentləri ilə görüşüb
"Venesiya" yenidən elitada
İlk yarış günü yığmamız üçün uğursuz alındı - "Böyük Dəbilqə"
Oqtay Əsədovu o əvəzlədi
“Prezident Kuboku-2026”: Azərbaycan idmançılarından 9 medal
FIDE reytinqi: Azərbaycan şahmatçılarının mövqeyi məlum olub
AFFA bu kluba texniki məğlubiyyət verdi
Yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
Misli Premyer Liqasında 30-cu turun təyinatları
Səbir, sistem və düşünülmüş çempionluq

Elvin Cəfərquliyevin günahı nədir? – YAZI

Azərbaycanda istedadlı oyunçu tapmaq samanlıqda iynə tapmaqdan daha çətindir. Az-çox ayağı top tutan futbolçular da, demək olar, ilk çətinliyində silahı yerə qoyur, potensialı günü-gündən geriləyir. Məhz buna görə Azərbaycan futbol ictimaiyyəti az-çox istedadlı futbolçu tapan kimi onu əl üstündə tutur, ölkənin futbol simasına çevirir.

Elvin Cəfərquliyev də belə tapıntılardandır. Gənc futbolçu "Qarabağ" kimi legionerlərin bol və keyfiyyətli olduğu bir komandada özünə yer etməyi bacarmışdı. Xarakter baxımından dəli-dolu olan Elvin bunu oynadığı gözəl futbolla kölgədə qoymağı bacarırdı. Bir ara "qırmızı vərəqə xəstəliyi"nə tutulsa da sonradan bu problem də qaydasına düşdü.

Amma bir neçə gün öncə Elvinin komandanın digər yerli futbolçusu Abbas Hüseynovla birlikdə əvəzedici komandaya göndərilməsi ilə bağlı xəbər yayıldı. Bu gün isə Cəfərquliyevlə Hüseynovun əvəzedici komandanın heyətində qol vurduğu ilə bağlı xəbərlər yayıldı.

Düzü, bu xəbərləri oxuyanda çox məyus oldum. Abbas onsuz da son illərdə formada deyildi, "Qarabağ"da da bir qayda olaraq ehtiyatda qalırdı. Elvin isə Ağdam klubunun əsas heyət üzvlərindən biri idi. Axı bu adam nə ciddi səhv etmiş ola bilərdi ki belə ağır cəzaya məhkum edilsin? Mətbuatda çıxan məlumatlarda futbolçunun gecə klubuna getdiyi qeyd edilib. Və? Lap tutaq ki orada hay-küy salıb. Və? Nə çox eşidirik, oxuyuruq dünya nəhənglərinin ulduzlarının gecə klublarından, diskotekalardan yığışmadığını.

Əlbəttə, hər bir futbolçu idman formasına diqqət yetirməyə borcludur. Onlar buna görə klubdan maaş alırlar. Amma lap tutaq ki də bir gün və ya bir neçə gün idman rejimini pozdu. Və? Bunun cəzası futboldan silinməkdirmi? Pul cəzası ver, bir oyunluq əsas heyətdən kənarlaşdır və s. kimi cəza mexanizmini işə sal. Yoxsa millimizin də əsas ümidlərindən olan futbolçunu silməklə nə əldə etmiş olacağıq?

Maraqlıdır ki, bu, "Qarabağ"la bağlı ilk belə hal deyil. Daha öncə Bəhlul Mustafazadə ilə də baş məşqçi Qurban Qurbanov arasında soyuqluq yaşandığı ilə bağlı məlumat yayılmışdı. Hətta oyunlardan birindən sonra paltardəyişmə otağından yayılmış videoda Qurban Qurbanovun otaqda olan legionerlərlə görüşdüyü, Bəhlulun isə əlini sıxımadığı görünmüşdü. Digər maraqlı məqam isə bu hadisələrin artıq legioner limitinin ləğv olunduğu dönəmlərdə ortaya çıxmasıdır. Bəlkə, limit olmadığına görə azərbaycanlı oyunçular artıq "Qarabağ"da lazımsız hesab edilirlər? Və ya onlar artıq əvəzedilməz olmadıqlarından çox rahat əvəz edilə biləcəkləri onlara belə çatdırılır?

Elvin kubokda "Qarabağ"ın "Sabah"a uduzduğu oyundan sonra paylaşdığı şəkillə də diqqət mərkəzinə düşdü. Müdafiəçinin oyun bitən kimi paylaşdığı şəkildə kefinin kök olduğu görünürdü. Bəlkə də həmin anda Elvin komandasının bu məğlubiyyəti ilə ona qarşı olan haqsızlığa ilahi cavab verildiyini düşünürdü. Demək çətindir...

Çətin olmayan isə Elvinə qarşı edilən təzyiqin nə klubun, nə də Azərbaycan futbolunun xeyrinə olmamağıdır.

Altay Ramazanlı

Oxşar xəbərlər

Bütün xəbərlər