Xəbər lentiwidget-title-icon

“Gəncə” Yunanıstan komandasına məğlub olub - AK
Sumqayıtda güləş üzrə turnir keçiriləcək
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəliləyib
ACF-nin təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan
İkinci Liqasında 11 oyunun saatı açıqlanıb
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri müəyyənləşib
"Real"dan Arda Güler qərarı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qələbə qazandı
“Gəncə” ABŞ-dən olan basketbolçu ilə anlaşıb - RƏSMİ
Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya edilib
"Zirə"nin futbolçusu zədələnib
Daha bir futbolçu karyerasını bitirib
Azərbaycan millisi İraqla qarşılaşıb
Azərbaycan yığmasından Oman üzərində qələbə
Əməkdar məşqçi Hikmət Hacıyev ikinci dəfə Avropanın ən yaxşı məşqçisi seçildi – FOTOLAR
“Araz-Naxçıvan”ın zədəlisi sıraya qayıtdı
Polşa millisinin baş məşqçisi Puxaça görə TƏNQİD OLUNDU
Daha bir yığmada baş məşqçi ayrılığı
Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək milli üzvləri ilə görüşüb
“Neftçi”də hakim qaydalarına dair seminar keçirilib
Azərbaycan millisindən Litva ilə heç-heçə
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar məlumdur
17 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Almaniyaya darmadağın hollandlara "baha oturdu"
"Kəpəz" - "Qarabağ" oyununa BÖYÜK MARAQ

"Şəfa"nın baş məşqçisi: "Elə məsələlərə önəm vermirəm" – AÇIQLAMA

"Şəfa" ötən gün Azərbaycan 1-ci Liqasının 24-cü turu çərçivəsində autsayder "Şimal"ı qəbul edib. Görüşdə qapılara qol vurulmayıb.

Matçdan sonra Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli Pressing.az-ın suallarını cavablandırıb.

– Oyunun gedişində, xüsusilə də son dəqiqələrdə əlverişli qol fürsətləriniz oldu, lakin komandanız dəyərləndirə bilmədi. Səbəb nə idi?

– Oyunun belə keçəcəyini gözləyirdik. Çünki rəqib son pillədə qərarlaşıb və bizdən xal almağa çalışırdı. Belə matçlarda rəqib komandalar daha çox müdafiəyə çəkilir və ən azından bir xal qazanmağa səy göstərirlər. Belədə, sıx müdafiə xəttini yarmaq heç də asan deyil. Lakin futbolçularımız xeyli çalışdılar, real qol vəziyyətləri yaratdılar. Amma təəssüf ki, dəyərləndirə bilmədik. Bu, futboldur, belə məqamlar tez-tez olur.

– "Şəfa"nın çempionluq taleyinin növbəti tura qaldığını deyə bilərik?

– Bəli. Bu gün qalib gəlsəydik, çempionluğu qarantiləyə bilərdik. Qismət növbəti turadır. İnşallah, qələbə qazanaraq çempionluğu rəsmiləşdirməyə çalışacağıq.

– Bir müddət əvvəl mətbuatda Aftandil Hacıyevin, bugünlərdə isə Ayxan Abbasovun "Şəfa"nın baş məşqçi postuna gətiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Növbəti dəfə bu məsələyə nə münasibət bildirərdiz?

– Yayılan xəbərdən məlumatlıyam. Lakin bu tip məsələlərə önəm vermirəm. Rəhbərlik tərəfindən daim dəstək görürəm. Bu barədə narazılığım yoxdur.

– Klubun prezidenti Kənan Sadıqlı ilə dialoq zamanı bildirdi ki, "Şəfa" rəhbərliyi komandanın hazırkı baş məşqçisinə güvənir və yola sizinlə davam etmək istəyir...

– Rəhbərliyə bu etimada görə minnətdarlığımı bildirirəm. Hazırda işimə fokuslanmışam və əlimdən gələni edəcəyəm ki, klubumuzun adı yüksəklərdə olsun.

Daşqın Əziz

Oxşar xəbərlər

Bütün xəbərlər