Xəbər lentiwidget-title-icon

“Gəncə” Yunanıstan komandasına məğlub olub - AK
Sumqayıtda güləş üzrə turnir keçiriləcək
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəliləyib
ACF-nin təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan
İkinci Liqasında 11 oyunun saatı açıqlanıb
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri müəyyənləşib
"Real"dan Arda Güler qərarı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qələbə qazandı
“Gəncə” ABŞ-dən olan basketbolçu ilə anlaşıb - RƏSMİ
Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya edilib
"Zirə"nin futbolçusu zədələnib
Daha bir futbolçu karyerasını bitirib
Azərbaycan millisi İraqla qarşılaşıb
Azərbaycan yığmasından Oman üzərində qələbə
Əməkdar məşqçi Hikmət Hacıyev ikinci dəfə Avropanın ən yaxşı məşqçisi seçildi – FOTOLAR
“Araz-Naxçıvan”ın zədəlisi sıraya qayıtdı
Polşa millisinin baş məşqçisi Puxaça görə TƏNQİD OLUNDU
Daha bir yığmada baş məşqçi ayrılığı
Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək milli üzvləri ilə görüşüb
“Neftçi”də hakim qaydalarına dair seminar keçirilib
Azərbaycan millisindən Litva ilə heç-heçə
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar məlumdur
17 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Almaniyaya darmadağın hollandlara "baha oturdu"
"Kəpəz" - "Qarabağ" oyununa BÖYÜK MARAQ

Emin Mahmudov: “Əməliyyat olundum, məşqsiz qaldım, çətin idi” - MÜSAHİBƏ

“Neftçi”nin kapitanı Emin Mahmudov Misli Premyer Liqasının 27-ci turunda “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Pressing.az müsahibəni təqdim edir:

- Qələbəni necə şərh edərdiniz?

- Birinci hissəni çox yaxşı keçirdik. Xeyli qol epizodumuz oldu. Təəssüf ki, çoxunu boşa verdik. Sanki sonluq çatmırdı. İkinci qoldan sonra nisbətən rahat oynadıq. Bu da rəqibin təzyiqi artırması ilə nəticələndi. Oyunun sonları gərgin keçsə də, yekunda vacib qələbə qazandıq. Qol epizodları üzərində daha çox çalışmalıyıq.

- Zədə səbəbindən ötən tur meydana çıxmadınız, müalicə üçün Serbiyaya yollandınız. Hazırda özünüzü necə hiss edirsiniz?

- Bəli, Serbiyada yüngül əməliyyat keçirdim. Bir neçə gün məşqsiz qaldım. Bu da çətin idi. Həm məşqsiz qalmaq, həm də ağrılar olurdu. Şükür, indi özümü yaxşı hiss edirəm. Hər şey qaydasındadır.

- Sambu və Abubakarın zədələnməsindən sonra son oyunlar “Neftçi” nominal hücumçusuz oynayır, “yalançı 9 nömrə” ilə. Demək olar ki, bu taktika komandaya daha uyğundur?

- Komanda olaraq çalışırıq ki, hər kəs məşqçinin istədiklərini yerinə yetirsin. Şükür Allaha, son oyunlar bu, yaxşı alınır. Lakin dayanmaq olmaz. Növbəti matçlarda daha da artırmalıyıq. Çünki qəbələlər qazanmaq istəyirik.

- Növbəti turda “Zirə”nin qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- “Zirə” bəlkə də çempionatın ən intizamlı komandalarından biridir. Ona görə də bizi çox gərgin oyun gözləyir. Çalışacağıq ki, öz futbolumuzu sərgiləyək və yaxşı nəticə qazanaq.

- Bəzən belə fikirlər səslənir ki, Yuri Vernidubun gəlişindən sonra “Neftçi”nin nəticələri yaxşılaşsa da, komanda yalnız turnir cədvəlində özündən aşağıdakı komandaları məğlub edir. Qarşıdakı 2 turda bu gedişatı dəyişmək mümkün olacaq?

- Əlbəttə, biz də bu barədə düşünürük. Məqsədimiz qarşıdakı matçlarda da qalib gəlməkdir. Təbii ki, ağır olacaq. Bir tərəfdən həm çempionatda demək olar ki, hazırda bütün komandalar var gücü ilə mübarizə aparır, hər oyun çətin keçir. Digər tərəfdən də “Zirə” və “Qarabağ”ın nəyə qadir olduğu məlumdur. Buna baxmayaraq, biz bütün rəqiblərə qalib gəlmək istəyirik, fərqi yoxdur turnir cədvəlində bizdən aşağıdadır, ya yuxarıda. (qol.az)

Oxşar xəbərlər

Bütün xəbərlər