Xəbər lentiwidget-title-icon

"Şamaxı"da yeni qapıçı - RƏSMİ
Azərbaycanın qadın güləşçisindən TARİXİ UĞUR
Azərbaycan millisi Rumıniyaya qalib gəldi
Bakıda keçiriləcək Avropa çempionatı ilə bağlı iclas
"Neftçi"də ayrılıq
Bulud "Karvan-Yevlax"dan getdi
Əvəzedicilər Liqasında yeni mövsümün başlama vaxtı açıqlanıb
Basketbol Liqası: Yen mövsümün başlama vaxtı açıqlanıb
Tanınmış futbolçu BƏƏ klubunda
11 iyul: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
DÇ-2026-da son iki yarımfinalçı müəyyənləşir
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
İspaniyanın Belçika üzərində qələbəsi - VİDEO
"Sumqayıt"dan ayrıldı, İndoneziyaya getdi
Yuri Vernidubdan qələbə şərhi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında!
“Araz-Naxçıvan” məşqlərə başlayıb
DÇ-2026: İspaniya yarımfinalda
"Neftçi" Serbiya klubunu darmadağın etdi
Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti açıqlanıb
Jorge Jesus rəsmən Portuqaliya millisində
Bense Varkonyi: "Avropa Liqasının əsas mərhələsində çıxış etmək istəyirik" – MÜSAHİBƏ
20 yaşlı oyunçu İngiltərə nəhəngində
Braziliyalı qapıçı "Araz-Naxçıvan"da - RƏSMİ
Ramiz Məmmədov "Karvan-Yevlax"da - RƏSMİ

"Futbolçu necə oynamaq istəməyə bilər?" - "Sumqayıt"ın baş məşqçisi

"Sumqayıt" klubu Misli Premyer Liqasının 26-cı turu çərçivəsində doğma meydanda "Neftçi"yə 1:3 hesabı ilə məğlub olub.

Pressing.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:

"Neftçi"ni təbrik edirəm. Oyunun gedişində bir neçə səhv buraxdıq. Nəticədə də uduzduq".

- "Sumqayıt" artıq 10 matçdır ki, qalib gələ bilmir. İstefa haqda fikirləşirsiniz?

- Bilirsiniz, mənim haqqımda qərarları rəhbərlik verir. Hansısa problem yoxdur. Biz futbolçulara tapşırıqlarımızı veririk. Məsələn, Səbuhi Abdullazadəyə deyirik ki, meydançanın mərkəzində səhv etmək olmaz, ancaq bu, hər oyunda təkrarlanır.

- Sizinlə Səbuhi Abdullazadə arasında problem var?

- Xeyr, tək Səbuhi ilə bağlı problem yoxdur. Bu gün Səbuhi, sabah Masaka, ondan sonrakı gün Ninkoviç də də baş verə bilər. Bir nəfərə deyilirsə, digərləri də başa düşməlidir. Çünki "Neftçi" kimi komandalar bu cür səhvləri bağışlamır.

- Əslində, "Sumqayıt"ın "Kəpəz", "Qəbələ" və ya "Karvan-Yevlax"a qarşı matçlarda da yaxşı oynadığını demək olmaz. Nəyə görə belədir?

- "Kəpəz"ə qarşı oyunumuza baxmısınız? Komandamın buraxdığı qolları izləmisiniz?

- Bəs futbolçular səhv edirsə, o zaman baş məşqçinin buradakı rolu nədir?

- Premyer Liqada 4-5 komanda var ki, bizi səviyyə baxımdan üstələyir. Buraxdığın səhvlər də nəticəyə birbaşa təsirini göstərir. Biz maksim performansımıza ötən ilin noyabrında çatmışdıq. Xatırlayıram, liqanın birinci yarısında heç kim sual vermirdi ki, necə olur bu cür qələbələr qazanırsınız? Futbolda belə nəticələr olur. Maksimuma çatdıq və irəliləmək üçün addımlar lazım idi. Rəhbərliklə danışdıq, bəzi transferlər baş tutmadı. İndi isə gənclər özlərini göstərməlidir ki, yeni mövsüm əsas heyətdə olsunlar və ya başqa klublara keçə bilsinlər.

- Bunların hamısı aydındır. Siz özünüz baş məşqçi kimi nələri səhv etdiyinizi düşünürsünüz?

- Mənim məsuliyyətimdə olan məsələ kollektivi matça hazırlamaq, buraxdığımız səhvlər üzərində işləməkdir. Futbolda hansı komanda səhv edir, o da uduzur. Ən böyük problem odur ki, biz asan səhvlərdən qollar buraxırıq. Halbuki məşqlərdə səhvlərimiz üzərində işləyirik. Lakin çıxırıq növbəti matça, yenə də həmin səhv..."Qarabağ" eyni heyətlə nə qədər irəliləyə bilər? Hər zaman rotasiyalar lazımdır.

- Sanki Səbuhi Abdullazadə oynamaq niyyətində deyil. Bu futbolçunu meydana buraxmağı düzgün hesab edirsiniz?

- Mənim üçün inanılmazdır. Axı özüm də futbolçu olmuşam. Başa düşə bilmirəm ki, necə oynamaq istəməyə bilərsən? Axı, bu, anormaldır. Səbuhi bu klubun yetirməsidir. Onun oynamamaq istəməməsinə inanmıram.

- Rəhbərlik yeni müqavilə təklif edərsə, hansı qərarı verəcəksiniz?

- Komanda nəticə qazanmaq niyyətindədirsə, hamı birlik olub, strategiyaya doğru işləməlidir. Mən demirəm ki, bütün səhv futbolçulardadır, hamının səhvi var. Siz deyən məsələ haqda isə danışmaq istəmirəm. Çünki indi bunun vaxtı deyil.(sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər