Xəbər lentiwidget-title-icon

Ayxan Abbasov: "Sevindim ki, üç gün ərzində futbolçular toparlandı"
Azərbaycan cüdoçusu dünya çempionu oldu!
Millimiz Litvaya qalib gəldi - YENİLƏNİB
"Sabah"la “GolfCar Azərbaycan” arasında əməkdaşlıq müqaviləsi imzalandı
DÇ: Əhməd yarımfinalda, Balabəy mübarizəni dayandırdı
Azərbaycan - Litva matçı üçün HEYƏTLƏR
Kamilo Duran Kolumbiya millisində debüt edib
Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Məsiyevə UEFA-dan növbəti təyinat
“Yaşıl ölkə”də dörd gün – İlqar Tağıyev yazır
Azərbaycan yığması Litvaya qarşı
“Qaradağ Lökbatan”la “Şəmkir”dən qələbə
"Fənərbağça"nın baş məşqçisi: “Gözəl bir matç oldu”
İngiltərəli ulduz rekordu təkrarlayıb
"Turan Tovuz"un "Fənərbağça"ya uduzduğu oyun - VİDEO
Millətlər Liqası: İngiltərədən darmadağın - NƏTİCƏLƏR
"Turan Tovuz" "Fənərbağça"ya uduzdu
Rəşad Sadıqov: “Ən vacib olan “Şamaxı” ilə oyuna hazır olmaqdır”
Qurban Qurbanov "Zirə" üzərində qələbədən danışdı
Bakıda keçirilən mundial yekunlaşıb
"İmişli" "Şəfa" ilə heç-heçə edib
"Qarabağ" "Zirə"yə qalib gəlib
3 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Yenə hamını qabaqladı
Albaniyalı futbolçu "Qəbələ"də - RƏSMİ

Yuri Vernidub: "Həmin matçları səbirsizliklə gözləyirəm"

"Neftçi" klubu Misli Premyer Liqasının 26-cı turunda səfərdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib.

Pressing.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Bəli, bir il əvvəl “Krivbass”da işləyirdim. Səhv etmirəmsə, onda aprelin 4-ü idi. Uşaq meydançasına ballistik raket atılmışdı və 9 uşaq həlak oldu. Onlarla bərabər, 21 böyük adam da ölmüşdü. Doğrudur, üstündən nə qədər vaxt keçib, amma mən indi də xatırlayıram. Mən bunu demək istəyirdim. İndi isə suallara keçə bilərik”.

- Əvvəlki oyunlarla müqayisədə, bu gün nəyi dəyişdiniz?

- Biz çox işləyirik, çalışırıq. Futbolçularımızın da əhval-ruhiyyəsi yaxşıdır. Hamı meydana çıxmaq, oynamaq istəyir. Belədə, işimiz daha da asanlaşıb. Burada bir məqam heyətlə bağlı qərar verməkdir. “Sumqayıt”la görüşdə yaxşı performans ortaya qoyduq. Qol epizodlarımız da çox idi. Böyük hesabla qazana bilərdik. Hətta buraxılan qoldan sonra reaksiya göstərdik. Mənim üçün önəmli məqam da budur.

- Bundan sonra sizi “Qarabağ”la ardıcıl iki oyun gözləyir. Digər rəqiblər isə “Zirə” və “Araz-Naxçıvan” klublarıdır. Həmin görüşlərə nə qədər özünüzü hazır hesab edirsiniz?

- Futbolçulara da aprelin ağır ay olacağını bildirmişəm. Ardıcıl olaraq, güclü komandalarla qarşılaşacağıq. Əslində, bunun özü də əladır. Düzünü deyim, həmin matçları səbirsizliklə gözləyirəm. Çünki komandamın nəyə qadir olduğunu görmək istəyirəm. Həmin oyunlarda uğurlu nəticələr qazansaq, hər şey daha da yaxşı olacaq.

- Emin Mahmudovun vəziyyəti nə yerdədir?

- Emindən gözləntim böyükdür. Yəqin ki, 1-2 günə məşqləri bərpa edəcək. O, bizim kapitanımızdır. Bilirsiniz, kapitanla oyun bir cür olur, kapitansız bir cür. Yəni, meydanda idarəetmə baxımdan Eminsiz çətinlik baş verə bilir. O, gün keçdikcə böyüyür.

- İddialı rəqiblərlə görüşlərdə xal qazanmaq çətindir?

- Bizim hər matça görə planımız var. Amma bu haqda nəsə deyə bilmərəm. Rəqiblərimizin zəif və güclü tərəfləri haqda məlumatlıyıq. Həm A, həm də B planımız olur.

- Ölkə kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz” - “Zirə” görüşündəki mübahisəli hakim qərarları haqda fikriniz necədir?

- Bilirsiniz, elə olub ki, hakimlər bizim də xətrimizə dəyib. Amma başa düşürük ki, onlar da insandır, səhv edə bilərlər. Uduzan komanda üçün qərarlar da ağır gəlir. Mən daim öz gücümü də komandama həsr edirəm, digər amillərə çox da fikir verməməyə çalışıram. Ukraynada olanda da hakimlər məni sevirdi, indi də. Yenə deyirəm, işim komandamı oyunlara hazırlamaqdır.(sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

Ayxan Abbasov: "Sevindim ki, üç gün ərzində futbolçular toparlandı"
Azərbaycan cüdoçusu dünya çempionu oldu!
Millimiz Litvaya qalib gəldi - YENİLƏNİB
"Sabah"la “GolfCar Azərbaycan” arasında əməkdaşlıq müqaviləsi imzalandı
DÇ: Əhməd yarımfinalda, Balabəy mübarizəni dayandırdı
Azərbaycan - Litva matçı üçün HEYƏTLƏR
Kamilo Duran Kolumbiya millisində debüt edib
Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Məsiyevə UEFA-dan növbəti təyinat
“Yaşıl ölkə”də dörd gün – İlqar Tağıyev yazır
Azərbaycan yığması Litvaya qarşı
“Qaradağ Lökbatan”la “Şəmkir”dən qələbə
"Fənərbağça"nın baş məşqçisi: “Gözəl bir matç oldu”
İngiltərəli ulduz rekordu təkrarlayıb
"Turan Tovuz"un "Fənərbağça"ya uduzduğu oyun - VİDEO
Millətlər Liqası: İngiltərədən darmadağın - NƏTİCƏLƏR
"Turan Tovuz" "Fənərbağça"ya uduzdu
Rəşad Sadıqov: “Ən vacib olan “Şamaxı” ilə oyuna hazır olmaqdır”
Qurban Qurbanov "Zirə" üzərində qələbədən danışdı
Bakıda keçirilən mundial yekunlaşıb