Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

"Qarabağ" rəhbərliyi hissləri ilə oynadığına görə Durandan ÜZR İSTƏDİ

"Qarabağ" klubu bir neçə gün öncə sosial media hesablarında hücumçusu Kamilo Duranın qarşıdakı yoldaşlıq oyunları üçün Kolumbiya millisinə çağırılması ilə bağlı paylaşım etmişdi.

Bu xəbər futbol ictimaiyyətimizdə böyük marağa səbəb olmuşdu. Azərbaycan çempionatında çıxış edən futbolçunun heyətində dünya ulduzlarının da olduğu Kolumbiya yığmasına çağırılması sıradan bir hadisə kimi qarşılanmamışdı.

Fəqət bu gün məlum oldu ki, 24 yaşlı forvard sözügedən yığmanın qarşıdakı yoldaşlıq matçları üçün dəvət almayıb. Çünki Kolumbiya millisinin elan etdiyi yekun heyətdə Duranın adına rast gəlinmədi.

Əslində, futbolçu Kolumbiya yığmasının 50 nəfərlik geniş heyətinə dəvət alıb. Lakin "Qarabağ" yanlışlığa yol verib. Belə ki, Ağdam klubu Kamilonun sırf qarşıdakı oyunlar üçün heyətə dəvət olunmasıyla bağlı paylaşım edib.

Xülasə, bu gün həmin post "Qarabağ"ın sosial media hesablarından silinib.

Məsələ ilə bağlı Pressing.az-a maraqlı informasiya da daxil olub.

Belə ki, "Qarabağ" rəhbərliyi buna görə kolumbiyalı futbolçudan üzr istəyib.

Bildirək ki, Kolumbiya seçməsi martın 26-da Xorvatiya, bundan üç gün sonra isə Fransa yığmaları ilə yoldaşlıq görüşləri keçirəcək.

Pressing.az

Oxşar xəbərlər