Xəbər lentiwidget-title-icon

Azərbaycan kubokuna start verilib
“Sabah”ın rəqibində itki
MLS-in ən yaxşısı o oldu
Yüksək Liqada mövsümə start verilib
"Barselona" Bakıdadır
Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb
UEFA-dan “Sabah”ın futbolçusuna cəza
"Şəmkir" və "Marafon"dan qələbə - İkinci Liqa
Azərbaycan millisinin heyəti açıqlanıb - SİYAHI
“Sabah” və “Barselona”nın açıq məşqinin vaxtı bilinib
Yamalsız da “Barselona”dır... – YAZI
Kamal Umudluya UEFA-dan növbəti təyinat
"Barselona" "Sabah" üçün ən uzun məsafəni qət edəcək
Murata "Sumqayıt"a lazım olmadı - RƏSMİ
"Sabah" - "Barselona" oyununun hakimləri açıqlanıb
SON DƏQİQƏ! Lamin Yamal “Sabah”la oyunu buraxacaq
İkinci Liqada tura yekun vurulur
Davit Volkovun "Zirə"də 50-ci qolu
"Neftçi"dən qələbə - ABL
Premyer Liqamızda yeni tamaşaçı rekordu
Azərbaycan boksçuları Avropa çempionatının yarımfinalında
Renat Dadaşovun komandası qələbə qazandı
Gəncədə əla atmosfer, qolsuz oyun - VİDEO
"Az qol buraxmağımızın səbəblərindən biri odur ki..." - Azər Məmmədov
“İmişli”nin baş məşqçisi təyin olundu

"Nəticə qazanmaq üçün döyüşmək lazımdır" - Andrey Demçenko

"Araz-Naxçıvan" klubunun Misli Premyer Liqasının 25-ci turunda səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.

Pressing.az
xəbər verir ki, qonaqların baş məşqçisi Andrey Demçenko matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Fasilədən əvvəlki 2 oyunda məqsədimiz 6 xal toplamaq idi. Buna nail olduq. Komandamı təbrik edirəm. Birinci hissədə qol epizodlarımız oldu, oyuna nəzarət edirdik. Bu, o deməkdir ki, artıq komandada nəsə var. İkinci hissənin sonlarında isə o qədər də yaxşı təsir bağışlamadıq. Rəqib uzun toplarla oynamağa başladı və bizdə problemlər üzə çıxdı. Oyun heç-heçə ola bilərdi. Komandam müdafiədə yaxşı oynadı. Rəqibi yüz faizli imkanlardan yararlanmağa qoymadılar. Bu gün iki tam fərqli hissə gördük. Birinci hissədə daha yaxşı idik. İkinci yarının ortalarından etibarən isə rəqib üstünlüyü ələ aldı. Bəzən bu cür oyunlar oynamalısan. Nəticə qazanmaq üçün döyüşmək lazımdır.

- Qarşıda milli fasilə olacaq. Bu fasilədən necə istifadə edəcəksiz?

- Futbolçulara 3-4 gün istirahət verəcəyik. Bundan sonra isə hazırlaşmaq üçün vaxtımız olacaq. Qarşıda bizi "Sabah" və "Neftçi" ilə çətin oyunlar gözləyir. Planımızda yoxlama oyunu keçirmək də var.

- Əsas qapıçınız kimdir?

- Kim hazırdırsa, ona şans veririk.(sportal.az)

Oxşar xəbərlər