Bu futbolçu "Qarabağ"dan ayrılır: "Sabah"a keçəcək – ÖZƏL
"Qarabağ" klubunda daha bir ayrılıq yaşanacaq.
Pressing.az-a daxil olan informasiyaya görə, 2024-cü ildə Ağdam təmsilçisinin sıralarına qoşulan Aleksey Kaşuk komandanı tərk edəcək.
Bununla belə 25 yaşlı ukraynalı vinger karyerasını ölkəmizdə davam etdirəcək. Belə ki, Kaşuk vaxtilə formasını geyindiyi "Sabah"a qayıdacaq.
Onun üçün "Neftçi" də hərəkətə keçib. Fəqət "Sabah" variantına müsbət yanaşan ukraynalı "ağ-qaralar"ı yox, Masazır təmsilçisini seçib.
Əldə etdiyimiz digər məlumata görə, "Zirə" də Kaşuk üçün "Qarabağ"ın "qapısını döyüb". Lakin futbolçu "qartallar"ın da təklifinə "yox" deyib.
Əlavə edək ki, Kris Kuaku da bugünlərdə "Qarabağ"dan ayrılıb. O, Norveçin yüksək liqa təmsilçisi “Sarsborq 08”ə keçib.
Daşqın Əziz