Xəbər lentiwidget-title-icon

"Slaviya"nın baş məşqçisi: "Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
Valdas Dambrauskas: "İnanıram ki, qələbə qazanacağıq"
"Qarabağ"da ayrılıq - RƏSMİ
"Real"dan Kurtua qərarı
12 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Şamaxı"dan 900-cü qol
“Sabah”ın oyununu norveçli hakim idarə edəcək
Cahangir Fərəcullayev: “Əminəm ki, hazırda 14, 15, 16 yaşında olan futbolçular..."
Amin Seydiyevin 200-cü oyunu
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Kəpəz”in 300-cü qələbəsi
Braziliya klubu Zeedorfa həvalə edildi - RƏSMİ
İkinci Liqada növbəti oyunlar
2-ci Liqada 6 oyunun hakimləri açıqlanıb
Renatın komandasından xal itkisi
Toral Bayramovun komandasından məğlubiyyət - VİDEO
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - VİDEO
"Qarabağ"ın "İmişli" üzərində qələbəsi - VİDEO
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Zaur Həşimov: "Öz diqqətsizliyimizdən qol buraxdıq"
"Qalibiyyətə layiq idik" - Kurban Berdıyev
"Turan Tovuz" və "Qarabağ"dan qələbə - YENİLƏNİB
Fərid Namazovdan məğlubiyyət şərhi
"Səbirli oynamaq lazım idi" - Qurban Qurbanov
"Şəfa" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR

Qurban Qurbanov: "Futbolçulara elə yerlərdən təkliflər gəlir ki..."

"Qarabağ" klubu Misli Premyer Liqasının 19-cu turunda səfərdə "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib.

Pressing.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlərimizə təşəkkür edirəm. Belə çətin hava şəraitində komandanın yanında oldular. Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal qazandıq. Birinci hissənin əvvəlində "Şamaxı" bizdən daha aqressiv idi. İkinci hissədə oyunu ələ ala bildik. Futbolçular belə meydançada topa nəzarət etməyi bacardılar. Bunun sayəsində son saniyələrdə qələbə qolu vuruldu. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- "İmişli" ilə matçda da əsas heyəti oynadacaqsız?

- Hansısa dəyişikliklər ola bilər. Bu heyət əvvəlki matçda oynamamışdı. Bir az istirahətə ehtiyacları var idi. Yəqin ki, bəzi rotasiyalar edəcəyik. Bəzi futbolçulardan narazılığım var. İstədiyim performansı göstərə bilmirlər. Belə şəraitdə keyfiyyət göstərmək elə də asan deyil. Amma elə elementlər var ki, onları vaxtında etmək lazımdır.

- Nəriman Axundzadənin gedişi ilə bağlı nə deyə bilərsiniz?

- Danışıqlar ciddi gedir, sona yaxınlaşır. Bu gün də oyundan sonra bir futbolçu mənə yaxınlaşıb dedi ki, yaxşı təklifim var. Bunları əldə saxlamaq heç də asan deyil. Sakitləşdirməyə çalışırıq, başqa xəbərlər gəlir. Futbolçunu da başa düşmək lazımdır. Elə yerlərdən təkliflər gəlir ki, ora ancaq pula görə getmək olar. Elə pul təklif edirlər ki, futbolçular "yox" deyə bilmirlər. Belə problemlərimiz var. Yenə də oyunlara yaxşı motivasiya ilə hazırlaşmağa çalışırıq.

- "İmişli" ilə oyunun keçiriləcəyi Quba Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyü yaxşı vəziyyətdə deyil. Matçın yerinin dəyişdirilməsi üçün müraciət edəcəksiz?

- Daha razılaşmazlar. Sağ olsunlar ilk oyunda təklifimizi qəbul etdilər. Bakıda oynasaq, söz-söhbət böyüyəcək. Qubaya gedəcəyik.

- Çin klubundan təklif alan Bəhlul Mustafazadə necə oldu ki, "Qarabağ"da qaldı?

- Bir neçə detal oldu. Bəhlulla danışmışdım, razılaşmışdıq. Onun tərəfində idim. Bəzi detallar var. Çox da dərinə getməyək.

- Nəriman Axundzadənin gedişi sizin üçün çətinlik yaratmayacaq?

- Belə oyunçunun komandadan getməsi bizim üçün heç də ürəkaçan deyil. Son vaxtlar baş verən məlum məsələlərə görə getməsi lazım idi. Çünki özündə deyildi. Hər gün fərqli fikirdə idi. Yəqin nəsə oxuyub gəlirdi, qarşısına nəsə çıxırdı. Toparlanması üçün getməyə ehtiyacı var idi. Buna görə belə addım atdıq. Son iki ildə böyümək üçün çox əziyyət çəkib. İnanıram ki, daha yaxşı Nəriman görə biləcəyik.(sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

"Slaviya"nın baş məşqçisi: "Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
Valdas Dambrauskas: "İnanıram ki, qələbə qazanacağıq"
"Qarabağ"da ayrılıq - RƏSMİ
"Real"dan Kurtua qərarı
12 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Şamaxı"dan 900-cü qol
“Sabah”ın oyununu norveçli hakim idarə edəcək
Cahangir Fərəcullayev: “Əminəm ki, hazırda 14, 15, 16 yaşında olan futbolçular..."
Amin Seydiyevin 200-cü oyunu
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Kəpəz”in 300-cü qələbəsi
Braziliya klubu Zeedorfa həvalə edildi - RƏSMİ
İkinci Liqada növbəti oyunlar
2-ci Liqada 6 oyunun hakimləri açıqlanıb
Renatın komandasından xal itkisi
Toral Bayramovun komandasından məğlubiyyət - VİDEO
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - VİDEO
"Qarabağ"ın "İmişli" üzərində qələbəsi - VİDEO
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Zaur Həşimov: "Öz diqqətsizliyimizdən qol buraxdıq"