"Kaş "Qalatasaray"ın baş məşqçisi ola" – Türkiyəlilər Qurban Qurbanov haqda nələr yazdılar?
Məşhur türkiyəli teleşərhçi Ertem Şener "Qarabağ"ın bazasında olduğu və Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla görüşdüyü anların videosunu yenidən paylaşıb.
Pressing.az xəbər verir ki, o, həmin görüşün videosunu sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüb.
E.Şenerin "Çempionlar Liqasında "Qalatasaray"la üz-üzə gəlmək istərdinizmi" sualına isə Qurbanov "yox", - deyə cavab verib. Şərhçinin türkiyəli izləyiciləri də Qurban Qurbanov haqda maraqlı şərhlər yazıblar.
Həmin şərhlərin bəzilərini təqdim edirik:
"Atatürkün ləyaqətli idmançı sözünün canlı misalı – Qurban Qurbanov";
"Bizə yaraşan baş məşqçi elə odur. Kaş Qurban Qurbanov "Qalatasaray"ın baş məşqçisi ola";
"Aslan! Qatı QS azarkeşi olduğu üçün "Cim-bom"la qarşılaşmaq istəmir";
"Bu adama halal olsun! Tarix yazır";
"Qarabağ" "Qalatasaray"dan daha yaxşı oynayır";
"Qurban Qurbanov çox istedadlı məşqçidir. Eyni zamanda, çox əxlaqlı insandır. Belələrinin qədrini bilmək lazımdır".
Pressing.az