"Səbail"dən yeni transfer » Pressing.Az
"Səbail"dən yeni transfer - RƏSMİ
Azərbaycan Futbolu / Transferlər 1-09-2025, 16:02

“Səbail” klubu 2025/2026-cı il mövsümü üçün növbəti futbolçunu heyətinə cəlb edib.

Pressing.az xəbər verir ki, “Araz-Naxçıvan”ın futbolçusu Turan Vəlizadə icarəyə götürülüb. 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi “dənizçilər”in uğurları üçün çalışacaq.

Qeyd edək ki, Vəlizadə daha əvvəl “Turan Tovuz” və “Neftçi” klublarda da çıxış edib.