"Səbail"də yeni futbolçu » Pressing.Az
"Səbail"də yeni futbolçu - RƏSMİ
Azərbaycan Futbolu / Transferlər Dünən, 09:17

Yeni mövsümdə 1-ci Liqada çıxış edəcək “Səbail” 2025/2026-cı il mövsümü üçün növbəti futbolçunu heyətinə qatıb.

Pressing.az xəbər verir ki, bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb.

"Dənizçilər" Zahir Mirzəzadə ilə müqavilə imzalayıblar. Sözləşmənin müddəti 1+1 illikdir.

Qeyd edək ki, Mirəzadə ötən mövsümü “Cəbrayıl”da keçirib.