"Turan Tovuz" Türkiyəyə yollanıb
Azərbaycan Futbolu
7-07-2025, 15:30

"Turan Tovuz" klubu təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb.
Pressing.az xəbər verir ki, komanda hazırlıqların ikinci mərhələsi üçün Ankaranın Qızılcahamam bölgəsində məskunlaşacaq.
Tovuz təmsilçisi iyulun 19-dək məşqlərini burada davam etdirəcək.
Qeyd edək ki, Türkiyə toplanışının növbəti mərhələsi 24 iyul – 6 avqust tarixləri arasında Boluda olacaq.
