Xəbər lentiwidget-title-icon

2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
"Sabah" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin heyətində dəyişiklik
Azərbaycan millisi Latviya ilə qarşılaşacaq

“Sürprizə imkan verməməliyik” - David Qustavo

Sabah UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayacaq “Araz-Naxçıvan” bu gün matçın keçiriləcəyi arenada öyunöncəsi son məşqini keçirib.

Pressing.az xəbər verir ki, təmsilçimiz ilk matçda İsveç çempionu “Orebro” ilə qarşılaşacaq.

Komandanın üzvü David Qustavo azfutzal.az-a komandanın hazırlığını və rəqibi dəyərləndirib:

“UEFA Çempionlar Liqasının oyunları bizim üçün yaxşı bir yarış olacaq. Fərqli ölkələrin təmsilçiləri, fərqli taktika və oyun üslubu, fərqli futzalçılarla qarşılaşacağıq. Hər birinin özünəməxsus tərəfi var. Biz də güclü kollektivik, qarşımıza məqsəd qoyulub və ilk matçdan həmin məqsədə çatmaq üçün mübarizə aparacağıq. Ümid edirəm ki, Bakıya istədiyimiz nəticə ilə dönəcəyik. Komanda yoldaşlarım məsuliyyətini anlayır, hamımız bir yumruq kimi birləşmişik.

“Orebro” ilə görüş çox əhəmiyyətlidir. Bu cür turnirlərdə birinci matçlar hər zaman çətin keçir. Ehtiyatlı olmalı, heç bir sürprizə imkan verməməliyik. Qələbə komandada özünəinamı artırmaq, Çempionlar Liqasının ab-havasını hiss etmək, növbəti oyunlara motivasiya olmaq baxımından vacibdir. Güclü oyunçularımız, yaxşı komandamız var. Baş məşqçi Alesio da meydanda nə etməli olduğumuzu bütün incəliklərinə qədər anladıb. O deyib ki, özünüzə, gücünüzə inanın. Əgər inamınız varsa, məqsədə də nail olacaqsınız. Necə oynamı olduğumuzu, meydanda hansı işləri görəcəyimizi anladıb. Qalıb onları icra etmək”.

Oxşar xəbərlər