Xəbər lentiwidget-title-icon

“Ordu”dan “Lənkəran” üzərində qələbə - ABL
Azərbaycan millisi Şimali İrlandiyaya da məğlub oldu
AFFA bu oyunları təxirə saldı
Aqil Nəbiyev: “Hədəfimiz Malta ilə oyunda mütləq qələbə qazanmaqdır”a - AÇIQLAMA
28 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Tofiq Musayev UFC-də 2-ci döyüşünə çıxır
Azərbaycanlı taekvondoçudan Türkiyədə qızıl medal
Azərbaycan, yoxsa Şimali İrlandiya?
Azərbaycanlı hakimlər Avropa Kubokunun oyununa təyinat alıblar
"Real"ın zədəlisi geri döndü
Azərbaycan millisinin Sent Lüsiya üzərində qələbəsi - VİDEO
Ayxan Abbasov: “Kimin daxilində nə var, elə fikirləşir”
Azərbaycan millisindən böyükhesablı qələbə
Rəşad Eyyubov: “Uduzmuşuqsa, deməli, pis oynamışıq”
Azərbaycan millisinin oyununun vaxtında DƏYİŞİKLİK
Portuqaliya yığması millimizi darmadağın etdi
27 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycanlı güləşçiyə 4 illik cəza verildi
Azərbaycan millisi Sent Lüsiyaya qarşı
Azərbaycanın U-21 millisi Portuqaliya ilə qarşılaşır
“Ordu” qalib gəldi, “Neftçi” uduzdu - Yüksək Liqa
Tanınmış futbolçu sıraya qayıtdı
"Bayern" cəbhəsində Musiala sevinci
Türkiyə yığması pley-offun finalında
Emin Mahmudov: "Nəticə bizim üçün vacibdir"

“Hər 3 matçda qazanılacaq nəticə bir-birindən əhəmiyyətlidir” - Emin Kürdov

Sabah UEFA Çempionlar Liqasında ilkin mərhələyə start veriləcək.

Dünən səfərə yollanan ölkə çempionu “Araz-Naxçıvan” Latviyada ilk məşqini reallaşdırıb. "Azfutzal.az" komandanın kapitanı Emin Kürdovla söhbətləşib.

“Oyunların keçiriləcəyi Salaspils İdman Sarayı bizə tanışdır. İki il əvvəl də ilkin mərhələnin oyunlarını bu arenada keçirmişdik. Dünən də həmin məkanda məşqimizi etdik. Yoldan gəlməyimizə və yorğun olmağımıza baxmayaraq, baş məşqçinin dediklərini etməyə çalışdıq. Bu gün oyunöncəsi son çalışmamızı reallaşdıracağıq. Təxminən 1 saat davam edəcək. Yəqin ki, taktiki planda son tapşırıqları yerinə yetirəcəyik”. Kapitan səfəröncəsi Bakıda keçirdikləri yoldaşlıq oyunlarının əhəmiyyətindən də söz açıb: “Hər iki oyunun bizə çox xeyir oldu. İlk matçda komanda üzvləri arasındakı anlaşılmazlıq sezilirdi. Çünki buna qədər ancaq məşqlər etmişdik, oyun keçirməmişdik. Məşqçilər səhvlərimizi gördü, çatışmazlıqları aşkarladı. İkinci görüş bizim üçün daha yaxşı keçdi. Həmin səhvləri təkrarlamamağa çalışdıq. Baş məşqçinin qeyd etdiyi kimi, oyunlara təxminən 80 faiz hazırıq”.

Təcrübəli qolkiper hər üç görüşə ciddi yanaşmağın vacibliyini qeyd edib: “Düzdür, etdiyi transferlərə və meydan sahibi olduğuna görə əksəriyyət “Riqa”nı əsas rəqib kimi dəyərləndirir. Onlar Argentina millisinin bir neçə üzvü, eləcə də futzalın “Messisi” hesab olunan Rikardinyo ilə anlaşıblar. Amma Almaniya çempionunu da yaddan çıxarmaq olmaz. Bildiyim qədər heyətlərinə 6 braziliyalı futzalçı cəlb ediblər. Onlarla da oyun asan olmayacaq. Ümumiyyətlə hər 3 matçda qazanılacaq nəticə bir-birindən əhəmiyyətlidir”.

Kürdov “Araz-Naxçıvan”ın da Çempionlar Liqasının oyunlarına yaxşı hazırlaşdığını qeyd edib: “Təlim-məşq toplanışı keçirdik, heyətimizə yeni futzalçılar cəlb olundu. Deyərdim ki, yaxşı komandamız var. Həm fərdi planda seçilən, həm də hər mövqedə “ağalıq” edə bilən oyunçular cəlb olunub. Yeganə problem yoldaşlıq matçlarını az keçirməyimiz və meydanda anlaşmanın zəif olması ilə bağlıdır”.

O, məşqçilər korpusu haqda da danışıb: “Hazırkı məşqçilər korpusu yenidir. Düzdür, Rayiç vaxtilə Çempionlar Liqasında məşqçi kimi iştirak edib, yaxşı nəticə qazanıb. “Araz-Naxçıvan”la yeni səhifə açacaqlar. Hər kəsə uğurlar arzulayıram. Məqsədimiz növbəti mərhələyə yüksəlmək, “Araz-Naxçıvan”ın əvvəlki nüfuzunu geri qaytarmaq, Azərbaycan futzalına əlavə reytinq xalları qazandırmaqdır. Bakıya qrup lideri kimi qayıtmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edə ki, ölkə çempionu sabah “İstanbul Şişli”, ertəsi gün “Yan Regensburq”, avqustun 26-da isə “Riqa” ilə üz-üzə gələcək.

Oxşar xəbərlər

Bütün xəbərlər