“Sabah” Litvaya yollanıb » Pressing.Az
“Sabah” Litvaya yollanıb
Digər növlər 20-08-2024, 11:30

Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək kişi basketbolçulardan ibarət “Sabah” klubu ötən gecə təlim-məşq toplanışı üçün Litvaya yollanıb.

Pressing.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hazırlıq prosesi sentyabrın 10-dək davam edəcək.

Komanda Litvada bir neçə yoxlama matçı da keçirəcək.