Azərbaycan gimnastlarından Portuqaliyada bürünc medal
Digər növlər
12-07-2024, 15:53

Azərbaycan gimnastları İbrahim Mustafazadə, Əli Nİftəliyev və Fərhad Vəliyev Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində uğurlu çıxış ediblər.
Pressing.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Gimnastlar komanda hesabında bürünc medal qazanıblar.
