Azərbaycan millisinin üzvü Portuqaliyada gümüş medal qazanıb
Digər növlər
14-07-2024, 17:22

Azərbaycanın boccia millisinin üzvü Sona Ağayeva Portuqaliyanın Povoa de Varzim şəhərində keçirilən dünya kubokunda uğurlu çıxış edib.
Pressing.az xəbər verir ki, bu barədə Boccia İdman Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Ağayeva beynəlxalq yarışda gümüş medal qazanıb.
